2024-cü ilin iyunundan 2025-ci ilin iyununa qədər Kanadada həm tələbə, həm də müvəqqəti işçi kimi gələnlərin sayı kəskin azalıb. Təhsil icazələrinin sayı 11,287-dən 4,185-ə düşüb ki, bu da 7,102 tələbənin azalması deməkdir. Müvəqqəti iş icazələrinin sayı isə 36,022-dən 24,058-ə düşüb. Bu da 11,964 nəfərlik azalma deməkdir.
Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazirliyin (IRCC-nin) rəsmi saytında qeyd olunub ki, 2025-ci ilin yanvar-iyun aylarında Kanadaya gələn yeni tələbələrin sayı 2024-cü ilin eyni dövrünə nisbətən 88,617 nəfər az olub. Digər tərəfdən, müvəqqəti işçilərin sayı da eyni dövrdə 125,903 nəfər azalıb.
Bundan başqa, Kanada hökuməti təhsil icazəsi üçün maliyyə tələblərini iki dəfə artıraraq bank hesabında göstərilməki məbləği 10,000 dollardan 20,000 dollara qaldırıb. Həmçinin təhsil icazələrinə limit qoyulub, qəbul məktublarının yoxlanması prosesi tətbiq edilib və saxtakarlığa qarşı mübarizə məqsədilə sənədlərə daha ciddi nəzarət vəd olunub.
“Reuters”in məlumatına görə, beynəlxalq tələbələr hər il ölkə iqtisadiyyatına təxminən 16,4 milyard dollar iqtisadi töhfə verirlər.
















