[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada uşaq pulu bazar ertəsindən artırılır

Kanadada uyğun ailələr bazar ertəsi günündən etibarən Kanada Uşaq Pulu (Canada Child Benefit (CCB)) proqramı çərçivəsində daha yüksək məbləğdə aylıq ödəniş alacaqlar.

Federal hökumətin açıqlamasına görə, 6 yaşdan kiçik hər uşaq üçün illik maksimum ödəniş 8157 dollara çatdırılıb, 6–17 yaş arası hər uşaq üçün isə maksimum məbləğ 6883 dollar olacaq.

Bu, ötən illə müqayisədə 6 yaşdan kiçik hər uşaq üçün 160 dollar, 6–17 yaşlı hər uşaq üçün isə 135 dollar artım deməkdir.

İllik xalis gəliri 37 min 487 dollardan az olan ailələr maksimum məbləği alacaqlar.

Dövlət katibi Anne Gainey bildirib ki, bazar ertəsindən etibarən Kanadada 3,6 milyon ailə daha yüksək CCB ödənişi alacaq.

Ödəniş məbləği necə hesablanır?

Federal hökumətin məlumatına görə, Canada Child Benefit yaşayış xərclərinin artımını nəzərə alır və 2018-ci ildən etibarən hər il inflyasiyaya uyğun olaraq artırılır.

Yeni ödəniş ili 1 iyuldan başlayır və növbəti ilin 30 iyun tarixinə qədər davam edir.

Ailənin alacağı məbləğ bu amillərdən asılıdır: ailədəki uşaqların sayı, uşaqların yaşı, ailənin əvvəlki ilin vergi bəyannaməsində göstərdiyi xalis gəliri.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp