[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada uşaqlar üçün pulsuz Ana dili proqramı: qeydiyyat başlayıp

Kanadada yaşayan ailələr üçün uşaqların ana dilini və ya yeni bir dili öyrənməsi üçün pulsuz təhsil imkanı davam edir. International and Indigenous Languages Elementary Program (Beynəlxalq və İndigenius Dilləri Proqramı) 2026-2027-ci tədris ilində də orta məktəb uşaqlarına müxtəlif dillərdə dinləmə, danışma, oxuma, yazma və anlama bacarıqlarını inkişaf etdirmək imkanı verir.

Proqram kimlər üçündür?

Proqram 9-cu sinfə qədər orta məktəbdə təhsil alan uşaqlar üçün nəzərdə tutulub. Kanadada yaşayan azərbaycanlı valideynlər üçün bu proqram övladlarının Azərbaycan dilini öyrənməsi və ana dili ilə bağlarını qoruması üçün gözəl fürsətdir.

Azərbaycan dili üzrə dərsləri illərdir pedaqoji sahədə təcrübəsi olan müəllim Aygün İsmayılova keçəcək. Dərslər uşaqların yaş səviyyəsinə uyğun şəkildə onların dinləmə, danışma, oxuma, yazma və Azərbaycan dilini anlama bacarıqlarının inkişafına yönəldiləcək.

Əgər övladınızın Azərbaycan dilini unutmasını istəmirsinizsə və onun ana dilində sərbəst danışmasını, oxumasını və yazmasını arzulayırsınızsa, bu fürsətdən yararlanın.

Təhsil ödənişsizdir

Proqramın ən böyük üstünlüklərindən biri tamamilə pulsuz olmasıdır. 2026–2027-ci tədris ili üçün payız/qış sessiyası 12 sentyabr 2026-cı ildən 29 may 2027-ci ilədək davam edəcək.

Qeydiyyat üçün son tarix

Uşaqlar 5 sentyabr 2026-cı ilədək qeydiyyatdan keçə bilərlər. Bu tarixdən sonra edilən müraciətlər gözləmə siyahısına əlavə olunacaq və yer boşaldığı halda ailə ilə əlaqə saxlanılacaq. Qeydiyyat ümumilikdə 1 mart 2027-ci ilədək açıq qalacaq.

Qeydiyyatdan necə keçməli?

Valideynlər uşaqları üçün bu linkdən onlayn qeydiyyatdan keçə bilərlər.

Ana dili dərsi harada və nə zaman keçiriləcək?

Proqram üzrə ilk dərs sentyabrın 14-də saat 17:00-dan 19:30-dək keçiriləcək. Ana dili dərsləri hər bazar ertəsi  sözügedən saatlarda Hamiltonda 60 Barlake Avenue-da azərbaycanlı müəllim tərəfindən tədris olunacaq. Ana dilini öyrənmək üçün hazırda Hamilton və yaxınlıqdakı Oakville, Burlinqton, Saint Catharines, Niagara Falls kimi şəhərlərdən şagirdlər qoşulurlar.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar