Keyti 41 yaşını 53 yaşlı Trudo ilə birlikdə qeyd edib
Keçmiş baş nazir Castin Trüdo (Justin Trudeau) və müğənni Keyti Perri (Katy Perry) Parisdə yerləşən “Crazy Horse” kabare şousundan çıxarkən əl-ələ görüntüləniblər. TMZ tərəfindən yayımlanan videoda onları çölə çıxdıqda fotoqraflar və pərəstişkarlar qarşılayıb. Fanatlardan bəziləri 41 yaşını qeyd edən Perriyə “Happy Birthday” mahnısını oxumağa başlayıb. Bir neçə saniyə sonra cütlük heç bir açıqlama vermədən onları gözləyən avtomobilə minib ərazidən uzaqlaşıblar. Bu, iyulun sonunda Montrealdakı it gəzintisi və şam yeməyindən sonra onların birlikdə ilk rəsmi ictimai çıxışı olub.
Perri son günlər konsert turunda idi və Trüdo 15 yaşlı qızı Ella Qreys ilə birlikdə “Bell Centre”dəki şousuna tamaşa edib.
Londonda keçirilən konsertdə səhnəyə çıxan bir fanat müğənniyə evlilik təklifi etdikdə Perri gülümsəyərək cavab verib: “Bu təklifi təxminən 48 saat əvvəl etməliydin”.
Keyti Perri kimdir?
Qeyd edək ki, dünya üzrə 151 milyondan çox albomu satılan amerikalı müğənni və bəstəkar Perri musiqi tarixinin ən çox satılan ifaçılarından biri hesab olunur. 2015 və 2018-ci illərdə dünyanın ən çox qazanan qadın musiqiçisi olub. Perri, Billboard tərəfindən “21-ci əsrin ən böyük pop ulduzlarından biri” kimi qiymətləndirilib.
Musiqidən kənarda o, 2012-ci ildə “Katy Perry: Part of Me” adlı bioqrafik sənədli film buraxıb, 2011–2013-cü illərdə “The Smurfs” cizgi filmlərində Smurfette obrazını səsləndirib və 2017-ci ildə “Katy Perry Collections” adlı ayaqqabı markasını təqdim edib. 2018–2024-cü illərdə “American Idol” yarışmasının münsiflər heyətində yer alıb.
Təxminən 360 milyon dollarlıq sərvəti ilə Katy Perry dünyanın ən varlı musiqiçilərindən biridir.
Qeyd edək ki, Castin Trüdo 18 illik evlilikdən sonra keçmiş həyat yoldaşı Sofi Qreqoridən (Sophie Grégoire) boşanıb. Onların bu evlilikdən 3 övladı var.
Foto: Aissaoui Nacer/BACKGRID
















