[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Konsert Orkestra “A Love Story” ilə tamaşaçıların qarşısına çıxdı

Dünən Konsert Orkestra Kanada “A Love Story” adlı musiqi gecəsi ilə tamaşaçıların qarşısına çıxdı. Tədbir Richmond Hill Centre səhnəsində baş tutdu və müxtəlif dillərdə –  Azərbaycan türkcəsi, fransızca, ispanca, ingiliscə, italyanca və farsca ifa olunan canlı musiqi nömrələri ilə yadda qaldı.

Konsert proqramında opera, caz və digər musiqi janrlarından seçilmiş əsərlər səsləndirildi. Səhnə tərtibatı, ifalar zamanı nümayiş etdirilən video-roliklər və ifaçıların geyimləri bir-birini tamamlayaraq musiqi gecəsinə xüsusi rəng qatdı.

Qeyd edək ki, orkestrin 22 nəfərdən ibarət üzvü dünyanın müxtəlif ölkələrindən Kanadaya immiqrasiya etmiş peşəkar musiqiçilərdir.

Gecənin əsas solistləri Yusif Savalan, Mira Solovianenko, Araş Dimas və Ayaz Savalan ifa etdikləri bir-birindən gözəl mahnılarla tamaşaçıların böyük rəğbətini qazandılar.

“A Love Story” konserti yalnız musiqi zövqünü deyil, həm də mədəni müxtəlifliyin və birliyin gözəl nümunəsini nümayiş etdirdi.

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp