Ötən həftəsonu Torontodakı Azərbaycan Evində gənclər və valideynlər bir araya toplaşdılar. Toronto Universitetinin Lester B. Pearson Beynəlxalq Təqaüdünü qazanan yeganə azərbaycanlı, NVIDIA-da baş (senior) mühəndis vəzifəsində çalışan Osman Əfəndiyev Azərbaycan Evində qonaq oldu. O.Əfəndiyev təhsilindən, həyat yolundan, karyerasından, uğur qazanmasının sirlərindən danışdı.
Kanada universitetlərində təqaüd proqramları, ixtisas seçimi və s. mövzularda çıxışlar, müzakirələr oldu. Övladları orta məktəbdə təhsil alan valideynlər O.Əfəndiyevdən həm təhsil, həm də işlə bağlı məsləhət aldılar.
Tədbir çay süfrəsi ətrafında davam etdi.
Qeyd edək ki, görüş Kanadalı Azərbaycanlı Gənclərin Birliyinin (Youth Unity of Azerbaijani Canadians) üzvləri, icmamızda fəallıqları ilə seçilən Sultanhüseyn Qasımzadə və Nicat Nəcəfovun təşkilatçılığı ilə baş tutdu.
Fotoların müəllifi: Elçin Muxtarov

















