[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontario hökuməti həmyerlilərimizin təşkil etdiyi Turkuaz Festivalına maliyyə dəstəyi ayırdı

Ontarionun Turizm, Mədəniyyət və Oyunlar naziri Stan Ço “Ontario Təcrübəsi 2026” (“Experience Ontario 2026”) maliyyələşdirmə proqramı çərçivəsində əyalət üzrə təxminən 400 festival və tədbirə dəstək məqsədilə 20 milyon dollarlıq investisiya ayrıldığını elan edib.

2026-cı il üçün maliyyə dəstəyi qazanan layihələr sırasında Torontoda düzənlənən Turkuaz Türk Multikultural Festivalının da adı var. Qeyd edək ki, sözügedən festival hər il həmyerlilərimizin yaratdığı Turkuaz Türk İncəsənət və Mədəniyyət Fondu tərəfindən təşkil edilir.

Turkuaz Türk İncəsənət və Mədəniyyət Fondunun həmtəsisçisi və direktoru Nasrin Attari maliyyələşdirilən təşkilatların nümayəndəsi kimi Şimali Amerika Mərkəzində keçirilən tədbirdə iştirak edib. N.Attari bildirir ki, “Experience Ontario” investisiyası artan əməliyyat xərcləri və sponsorluq çətinlikləri ilə üzləşən tədbir təşkilatçıları üçün olduqca vacib bir zamanda təqdim olunub: “Artıq dördüncü ilinə qədəm qoyan Turkuaz Türk Multikultural Festivalı Kanadanın multikultural ruhunu qeyd edərək türk xalqlarının zəngin irsini, musiqisini, rəqslərini və ənənələrini nümayiş etdirir. Bu ilki festival iyunun 27-də Torontoda keçiriləcək və Ontarionun müxtəlif bölgələrindən ailələri, mədəni qrupları, sənətçiləri və biznes nümayəndələrini bir araya gətirəcək”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar