[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontariodan Yeni Şotlandiyaya köçən ailə orada həyatın daha baha olduğunu bildirir

Ontariodan 2022-ci ildə həyat yoldaşı və iki övladı ilə birlikdə Yeni Şotlandiyaya (Nova Scotia) köçən Hailey Bodqan daha aşağı yaşayış xərcləri gözlədiklərini, lakin reallığın tam fərqli olduğunu deyir.

“CTV News”a danışan H.Bodqan deyib ki, özü dispetçer kimi çalışır, həyat yoldaşı tikinti sektorunda işləyir. “İkimiz də yaxşı gəlir əldə edirik, amma yenə də ayın sonunu güclə gətiririk”.

Bahalaşan ərzaq məhsulları, yanacaq qiymətləri və evlərin isitmə xərclərinin artması ailənin maliyyə vəziyyətini ciddi şəkildə çətinləşdirib: “Buraya köçməzdən əvvəl heç bir borcum yox idi və kredit tarixçəm əla idi. İndi isə banklara borcluyam”.

O qeyd edib ki, bir müddət ərzaq alış-verişini kredit kartı ilə etməyə məcbur olub: “Kredit limitimi doldurmuşdum və ödənişləri çatdırmaqda çətinlik çəkirdim”.

Ailə Yeni Şotlandiyaya köçəndə aylıq kirayə haqqı 1200 dollar idi. Hazırda isə bunun iki qatından çox ödəyirlər.

Rentals.ca və Urbanation tərəfindən aparılan son araşdırma göstərib ki, Yeni Şotlandiya mənzil və kondominium kirayələri baxımından Kanadanın ən bahalı əyalətinə çevrilib.

Eyni zamanda, Kanada Statistika Komitəsinin yeni məlumatlarına görə, kanadalı ailələrin borcları artıq altıncı rübdür ki, ardıcıl olaraq gəlirlərindən daha sürətlə artır. Hazırda Kanadada ailələrin hər 1 dollar istifadə edilə bilən gəlirinə qarşı təxminən 1,80 dollar borc düşür.

Dalhousie Universitetinin idarəetmə professoru Dan Shau bildirib ki, Yeni Şotlandiyada əlçatanlıq problemlərinin əsas səbəblərindən biri əyalətdə orta gəlirin ölkənin bir çox bölgəsindən aşağı olmasıdır: “Vergidən sonrakı gəlirlər baxımından fərdi səviyyədə 10 min dollardan çox, orta Kanada ailəsi ilə müqayisədə isə təxminən 25 min dollar geridəyik”.

Pərakəndə satış üzrə analitik Brus Vinder hesab edir ki, hökumətin Kanada sənayesinə daha çox investisiya yatırması əməkhaqlarının artmasına kömək edə bilər.

H.Bodqan isə ümid edir ki, gələcəkdə ailəsi böyük borc yükü olmadan daha münasib və rahat həyat sürə biləcək.

Foto: CTV News

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar