Ailə xəstəxananı məhkəməyə verib
16 yaşlı Finlay van der Verkenin ailəsi Oakville Trafalqar Memorial Xəstəxanasını məhkəməyə verib. Səbəb xəstəxananın Təcili Tibbi Yardım bölməsində səkkiz saatlıq gözləmədən sonra övladlarının vəfat etməsidir. Ailə xətsəxandan 1,3 milyon dollar məbləğində təzminat tələb edir.
Eyni zamanda, ailə uşaqlar üçün təcili tibbi yardımın daha sürətli göstərilməsini tələb edən “Finlay’s Voice” (“Finlayın səsi”) kampaniyasına da start verib.
Qeyd edək ki, Finlay ötən il fevralın 9-da şiddətli miqren ağrısı ilə xəstəxanaya aparılıb və 15 dəqiqə ərzində həkim müayinəsi tələb edən 2-ci səviyyəli hal kimi qeydiyyata götürülüb. Onun vəziyyəti Toronto SickKids xəstəxanasına köçürülməzdən əvvəl sepsis və pnevmoniyaya çevrilib və ürək dayanması baş verib.
















