[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

OSAP maliyyəsinin 25 faizi qrant, 75 faizi borc olacaq

Özəl peşə kolleclərində oxuyan tələbələr üçün qrantlar ləğv ediləcək

Ontario hökuməti kollec və universitetlərin maliyyələşdirilmə sistemini yeniləyir. Bu dəyişiklik yeddi ildir davam edən təhsil haqqı dondurulmasının ləğvi və tələbələr üçün ayrılan qrantların azaldılması ilə başlayır.

Yeni qərarlar ali təhsil sektorunda yaranmış maliyyə böhranına cavab olaraq qəbul edilib. Böhran illərlə aşağı səviyyədə dövlət maliyyələşməsi, 2019-cu ildən bəri yerli tələbələr üçün təhsil haqlarının dəyişməməsi, həmçinin beynəlxalq tələbələrin sayının kəskin azalması ilə bağlıdır.

 Hər tələbə üçün ayrılan maliyyə artırılır

Kolleclər və Universitetlər üzrə nazir Nolan Quin ali təhsili maliyyələşmə modelini nəzərdən keçirib və dünən açıqladığı dəyişikliklərə əsasən, ali məktəblərə növbəti dörd il ərzində əlavə olaraq 6,4 milyard dollar ayrılacaq.

Əlavə maliyyəyə aşağıdakılar daxildir:

  • Tələbat yüksək olan proqramlar üçün 70,000 əlavə yer
  • Universitet və kolleclər üçün daha baha başa gələn proqramlara əlavə maliyyə
  • Hər tələbə üçün ayrılan maliyyənin artırılması

Hər il təhsil haqları 2 faiz artırıla bilər

Yenilənmiş qaydalara əsasən, dövlət tərəfindən maliyyələşdirilən kollec və universitetlər üç il ərzində illik maksimum iki faiz artım tətbiq edə biləcəklər. Bundan sonra isə təhsil haqqı ya iki faiz, ya da son üç ilin orta inflyasiya səviyyəsi qədər (hansı daha aşağıdırsa) artırıla biləcək.

Aşağı gəlirli tələbələr üçün əlavə xərclər gücləndirilmiş Student Access Guarantee (SAG) proqramı vasitəsilə qarşılanacaq. Lakin elan Ontario Student Assistance Programı (OSAP) ilə bağlı əhəmiyyətli dəyişiklikləri də əhatə edir ki, bu da həmin güzəştlərin təsirini azalda bilər.

OSAP borcu artırır, qrantı azaldır

Artıq tələbələr OSAP maliyyəsinin maksimum 25 faizini qrant (geri qaytarılmayan vəsait), minimum 75 faizini isə kredit şəklində (geri ödənməli vəsait) ala biləcəklər. Qeyd edək ki, hazırda tələbələr maliyyə yardımının maksimum 85 faizini qrant kimi, minimum 15 faizini isə kredit kimi ala bilirlər.

Məlumatda bildirilir ki, yeni tətbiq edilən qaydalar OSAP proqramının “uzunmüddətli dayanıqlığını” gücləndirəcək və Ontarionu digər əyalətlərə uyğunlaşdıracaq. Bundan əlavə, özəl kolleclərdə oxuyan tələbələr üçün qrantlar artıq mövcud olmayacaq.

Yeni qaydalar sentyabrdan tətbiq ediləcək

Məlumatda deyilir ki, yeni model daha sabit və proqnozlaşdırıla bilən maliyyələşmə vəd edir və əmək bazarının tələbinə uyğun proqramlara üstünlük verəcək. Əyalət həmçinin fransızdilli və yerli (indigenius) icmalara, şimal ərazilərdə, kəndlərdə yerləşən təhsil müəssisələrinə hədəfli dəstək təmin edəcək.

Qeyd edək ki, yeni qaydalar bu ilin sentyabrından etibarən qüvvəyə minəcək.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp