Kanadada doğulan körpələrin 42%-i Kanadada doğulmayan analardan dünyaya gəlib. Kanada Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 1997-ci ildə 22,5 faiz olub. Komitə bildiri ki, 2010-cu ildən bəri onların rolu olmasaydı, illik doğumlar əhəmiyyətli dərəcədə azalardı.
Araşdırma həmçinin göstərib ki, 2024-cü ildə 40 yaşdan yuxarı yeni anaların 57 faizi xaricdə doğulub.
“Təxminən 1997-ci ildən (78 785) 2024-cü ilə (154 687) qədər xaricdə doğulan anaların doğuşlarının illik sayı artıb”, araşdırmanın müəllifi Klodin Provenşer yazıb: “Bu tendensiya 2019-cu ildən (126 516) 2020-ci ilə (123 594) keçid dövründə istisna təşkil etdi. Həmin il rəqəm 2,3 faiz azaldı. Bu azalma COVID-19 pandemiyasının ilk ilinə təsadüf edir və bu il 1945-dən bəri ən aşağı əhali artımı qeydə alınmışdı”.
Lakin 2022–2024-cü illərdə Kanadaya yeni gələnlərin sayında kəskin artım olub və Kanada Statistika Komitəsinin məlumatına görə, xaricdə doğulan anaların doğuşları 2022-ci ildə 3,4 faiz, 2023-cü ildə 8,9 faiz, 2024-cü ildə isə 11,7 faiz yüksəlib.
Foto: Canva
















