[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Qələbə Günü ilə bağlı kanadalı uşaqlar Azərbaycan musiqisini, rəqsini təqdim ediblər

Hamiltonda Qələbəmizin 5 illiyinə həsr olunmuş konsert təşkil edilib

Hamilton şəhərində fəaliyyət göstərən Azərbaycan İcması Qarabağda Qələbəmizin 5 illiyinə həsr olunmuş konsert təşkil edib. The Gasworks Mərkəzində keçirilən tədbir müxtəlif ölkələrdən olan qonaqları, eləcə də yerli icma üzvlərini bir araya gətirib.

Konsertin məqsədi Azərbaycan musiqisi, mədəniyyəti və milli dəyərlərini Kanadanın multikultural ictimaiyyətinə tanıtmaq, uşaqlarda vətənpərvərlik və qürur hissini gücləndirmək olub.

Tədbirin təşəbbüskarı və təşkilatçısı Cəmilə Şeferd (Shepherd), bədii rəhbəri isə Şəbnəm Sevinc olub. Foye Nərmin Məmmədovanın dekorativ tərtibatı ilə milli ruhda bəzədilib.

Əslən Koreya, Çin, Pakistan, Kanada, Suriya, İsrail, Rusiya, Ukrayna və digər ölkələrdən olan kanadalı uşaqlar Azərbaycan musiqisini, rəqs və balet nömrələrini böyük sevgi ilə təqdim ediblər.

Qeyd edək ki, tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə baş tutub.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp