[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Sosial mediada müsəlmanları hədəf alan kanadalıya 7 maddə üzrə ittiham irəli sürülüb

Torontoda 35 yaşlı Endryu Hауз (Andrew Howes) adlı şəxsə qarşı ictimai şəkildə nifrət  çağırışı və təhdid etmə ilə bağlı 7 maddə üzrə ittiham irəli sürülüb. İttihamlar onun bu ilin oktryabrn 13-ü noyabrın 28-i arasında sosial media platformaları vasitəsilə müsəlman icmasına qarşı təhdidlər səsləndirməsi iddialarına əsaslanır. Hauz dekabrın 18-də saxlanılıb.

İddialar hələ məhkəmədə sübuta yetirilməsə də, bu iş rəqəmsal dövrdə onlayn təhdid və nifrət nitqinin nə qədər ciddi nəticələrə gətirib çıxaracağını göstərir.

Qeyd edək ki, polis hadisəni nifrət motivli cinayət şübhəsi kimi araşdırır və işlə bağlı əlavə məlumatı olan hər kəsi əməkdaşlığa çağırır.

Foto: Evan Mitsui/CBC

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar