[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Statistika: 20-49 yaş arası kanadalı qadınların 51,1 faizi övlad sahibi deyil

Mütəxəssislər doğumun azalmasında əsas səbəblərdən biri kimi əmək bazarındakı qeyri-sabitliyi göstərirlər

2024-cü ildən etibarən 20-49 yaş arası kanadalı qadınların 51,1 faizi övlad sahibi deyil. Kanada Statistika Komitəsinin hesabatına görı, xüsusilə 40 yaşdan yuxarı qadınlar arasında bu göstərici təxminən hər dörd qadından birinə bərabərdir. Hesabatda vurğulanır ki, bunun əsas səbəbi yalnız məhsuldarlıq (fertillik) deyil.

“Ultra-aşağı doğum səviyyəsi” olan ölkələr

Rəqəmlər Kanadanın “ultra-aşağı doğum səviyyəsi” yaşayan ölkələr siyahısında qalmaqda davam etdiyini göstərir. 2024-cü ildə Kanadada doğum göstəricisi hər qadına 1,25 uşaq olmaqla tarixi minimuma enib.

Oxşar vəziyyətdə olan digər ölkələr bunlardır:

İsveçrə (1,29), Lüksemburq (1,25), Finlandiya (1,25), İtaliya (1,18), Yaponiya (1,15), Sinqapur (0,97) və Cənubi Koreya (0,75).

Hesabatda bildirilir ki, təhsil səviyyəsinin yüksəlməsi, əmək bazarında iştirakın artması, sosial normaların dəyişməsi və kontrasepsiyanın geniş yayılması həyat tərzlərinin, xüsusilə də uşaq sahibi olma modellərinin şaxələnməsinə səbəb olub.

Kanadada qadınların ilk uşağını dünyaya gətirdiyi orta yaş 31,8 olub

Araşdırmaya görə, hazırda uşağı olmayan 20–29 yaş arası qadınların 31 faizi “qətiyyən” və ya “yüksək ehtimalla” uşaq istəmədiyini bildirir, 17 faizi isə hələ qərarsızdır.

2024-cü ildə Kanadada qadınların ilk uşağını dünyaya gətirdiyi orta yaş 31,8 olub ki, bu da indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

2024-cü ildə Kanadada doğulan 20-49 yaşlı qadınların 52,8 faizi uşaqsız olub. Bu göstərici immiqrant qadınlar arasında 44,6 faiz təşkil edib. Kanadada sözügedən yaş qrupunda olan Qərbi Asiya və Çin mənşəli qadınların təxminən 60 faizi uşaqsızdır. Latın Amerikası və ərəb mənşəli qadınlar arasında isə bu göstərici təxminən 40 faizdir.

Mütəxəssislər doğumun azalmasında əsas səbəblərdən biri kimi əmək bazarındakı qeyri-sabitliyi göstərirlər.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp