40-dan artıq tarixi təyyarənin cəmləşdiyi muzey
Kanada Hərbi Təyyarələr Muzeyi (Canadian Warplane Heritage Museum) 40-dan çox tarixi hərbi təyyarədən ibarət kolleksiyanı təqdim edən aviasiya muzeyidir. Təyyarələrin bir çoxu mütəmadi olaraq istifadə olunur. Muzeyin Avro Lancaster təyyarəsi dünyada uçuşa yararlı olan yalnız iki Lancasterdən biridir.
Muzey həmçinin təyyarə gəzintiləri, interaktiv sərgilər, kompyuterdə sükan vasitəsilə təyyarə idarə etmək və s. kimi maraqlı xüsusi tədbirlər və sərgilər təşkil edir. Muzeydə saat 15.00-a kimi işləyən kafe və evdən yemək gətirənlər üçün xüsusi yerlər var. Ümumilikdə, sözügedən məkanda gəzinti 4-5 saat çəkir.
Çərşənbə günü və bazar günü daxil olmaqla həftədə 5 gün saat 9:00-dan 17:00 arası açıq olur. Bazar ertəsi və çərşənbə axşamları bağlıdır.
Giriş üçün biletlərin qiyməti:
Böyüklər (18-64 yaş) – 14.25$
Təqaüdçülər – (65+ yaş) – 12.50$
Tələbələr (13-17 yaş) – 12.50$
Uşaqlar (6-12 yaş) – 9.75$
Uşaqlar (5 yaş və aşağı) – ödənişsiz
Ünvan: 9280 Airport Road in Mount Hope, Ontario (Hamilton Beynəlxalq Aereportunun yanı).
Bilet almaq üçün link: warplane.com