Xaricdə şirkət quran Kanada texnologiya təsisçilərinin sayı getdikcə artır. “Globe and Mail” in yeni sorğusuna görə, ötən il kanadalılar tərəfindən təsis olunan startapların 67 faizi Kanada xaricində yerləşib. Bu isə on il əvvəlkindən təxminən iki dəfə çoxdur. Bunun əsas səbəbləri kimi maliyyələ çətinlikləri, əlverişsiz vergi siyasəti və COVID-19 pandemiyasından sonra yaranmış digər “maneələr” göstərilir. Nəticədə Kanadada yüksək potensiala malik startapların sayı azalmaqdadır.
“Leaders Fund”ın araşdırmasına görə, 2024-cü ildə kanadalılar tərəfindən təsis olunan yüksək potensiallı startapların yalnız 32,4 faizi Kanadada yerləşib.
Foto: Freepik
















