Toronto Centre adası həm böyüklər, həm də kiçiklərin dincəlməsi, əylənməsi üçün gözəl məkandır. Adaya 9 Queens Quay West Toronto ünvanından bilet alaraq gəmiylə, yaxud su taksiləri ilə gedə bilərsiniz. Biletin qiyməti yaşdan asılı olaraq gəmi ilə 4-9$ arasında dəyişir. Gedərkən özünüzlə piknik üçün yemək, su da götürə bilərsiniz. Amusement Parkın içərisində stollardan piknikiniz üçün istifadə edə bilərsiniz. Adada müxtəlif yemək köşkləri də var, amma adi yerlərdən fərqli olaraq yemək və su bahadır. Məsələn, 500 ml su 5$-dır.


Adanı və adadakı kiçik zooparkı gəzmək, heyvanlara toxunmaq pulsuzdur, amma Amusement Parkdakı atraksionlardan istifadə etmək üçün bilet almaq lazımdır. Bileti ya onlayn (daha ucuz başa gəlir), ya da elə parkdan ala bilərsiniz.
Qeyd edək ki, aşağıda 9 Queens Quay West Toronto ünvanından çıxan gəmiləriin yay aylarında adaya gediş və adadan dönüş cədvəlini vermişik:

Centerville Amusement Parkı haqqında ətraflı məlumatı centreisland.ca saytından ala bilərsiniz. Adaya həftənin bütün günləri gəmi gedir.




















