Torontoda 20 Yanvar şəhidləri yad edildi

Dünən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi (Azerbaijani Women’s Support Centre) Kanadanın Toronto şəhərində Azərbaycan milli azadlıq mübarizəsinin şərəfli tarixi olan 1990-cı il 20 Yanvar faciəsinin anım gününü qeyd etdi. C.H. Best məktəbində fəaliyyət göstərən Azərbaycan dili siniflərinin şagirdlərinin də qatıldığı tədbirdə müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi yad edildi. Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin üzvlərinin çıxışları ilə yanaşı, balacalar da şəhidlərimizlə bağlı şeirlər səsləndirdilər.

Tədbir şəhidlərin ruhuna verilmiş ehsan süfrəsi ilə başa çatdı.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp