[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda aşağı gəlirli sakinlərə pulsuz kondisioner paylanacaq: müraciətlər başlayıb

Toronto şəhərində artıq ikinci ildir ki, aşağı gəlirli sakinlər üçün pulsuz portativ kondisionerlər (AC) təqdim ediləcək.

“Kondisioner Dəstək Proqramı” 65 yaş və yuxarı, sağlamlıqla bağlı ehtiyacları olan şəxslər, hamilə qadınlar və körpəsi olan valideynlər/qəyyumlar üçün nəzərdə tutulub. Toronto meriyası tərəfindən düzənlənən proqramın məqsədi çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərə ən azı 1,000 ədəd pulsuz kondisioner təqdim etməkdir.

Müraciətlər aprelin 21-nə qədər davam edəcək. Seçim təsadüfi seçim (lotereya) yolu ilə aparılacaq. Seçilən şəxslərə may ayında məlumat veriləcək.

Proqram ilk dəfə 2025-ci ildə pilot layihə kimi başladılıb və sağlamlıq problemi olan aşağı gəlirli yaşlılara təxminən 500 portativ kondisioner verilib. Bu il proqram genişləndirilib və daha çox həssas qrupları əhatə edir. 2026-cı ilin büdcəsində bu məqsədlə 1 milyon dollar ayrılıb və bu məbləğ çatdırılma və quraşdırma daxil olmaqla bütün xərcləri qarşılayır.

Daha ətraflı məlumat və müraciət etmək üçün bu linkə daxil olun.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp