[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi keçirildi – FOTOLARLA

Dünən Kanadanın Toronto şəhərində Azərbaycanın xalq şairi, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Azərbaycan milli ruhunun böyük siması, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə şairsevərlər bir araya gəldilər.

Tədbirin aparıcısı Kanada Azərbaycan İncəsənət Mərkəzinin yaradıcılarından biri, mədəniyyətimizi, ədəbiyyatımızı Azərbaycandan uzaqlarda daima yaşadan, mütəmadi olaraq şairlərimizin həyat və yaradıcılığını tədqiq edən Naznaz Sadıqova idi. N.Sadıqova Bəxtiyar Vahabzadənin həyat yoluna nəzər saldı, tədbir iştirakçılarını şairin keşməkeşli həyat yolu ilə tanış etdi. Daha sonra gecəyə yığışan həmyerlilərimiz şairin müəllifi olduğu şeirləri səsləndirdilər, Kanadada fəaliyyət göstərən azərbaycanlı müğənni Yusif Savalanın şairin sözlərinə bəstələnmiş mahnılarını  dinlədilər.

Gecədə yalnız şairin şeirləri səsləndirilmədi, Bəxtiyar Vahabzadənin vətən sevgisindən, cəsarətindən, haqsızlıqla mübarizəsindən söhbət açıldı. Toronto şəhərində balacalara Azərbaycan dilini öyrədən, “Azərbaycan dili” sinfinin yaradıcısı, pedaqoq Yeganə Cəfərova Bəxtiyar Vahabzadə yaradıcılığında “Ana dili” mövzusuna toxundu və şairin ana dilimizlə bağlı yazdığı şeirləri səsləndirdi.

Qeyd edək ki, Bəxtiyar Vahabzadənin yubiley gecəsi Azərbaycan-Türk Kanada Assosasiyasinin sədri, London şəhərində uzun illər Azərbaycan həqiqətlərini Kanada ictimaiyyətinə və siyasi orqanlarına çatdırmaqda yorulmadan fəaliyyət göstərən, hazırda Kanada Azərbaycanlıları Şəbəkəsinin (NAC) fəal üzvü Kəmalə Şirəliyevanın evində təşkil olundu.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp