[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda həmyerlimizin İslam psixoterapiyasına həsr olunan yeni kitabının təqdimatı keçirilib

Ötən həftə Toronto Universitetinin professoru Dr. Nazilə İsgəndərovanın İslam psixoterapiyasında fərqindəlik (mindfulness) mövzusuna həsr olunmuş “İslam Psixoterapiyasında Fərqindəlik Texnikaları və Təcrübələri: Muraqabahın Gücü” (“Mindfulness Techniques and Practices in Islamic Psychotherapy: The Power of Muraqabah”) adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Toronto Universitetinin Emmanuel Kollecində keçirilən tədbirdə 85-dən çox elm xadimi, tələbə və icma nümayəndəsi iştirak edib.

N.İsgəndərova öz fundamental əsərində İslamın mənəvi ibadət formalarından olan “Muraqabah” müasir psixoterapiyaya inteqrasiya edərək, onun elmi əsaslarını təqdim edir. Müəllif sübut edir ki, Muraqabah sadəcə dini ritual deyil, həm də psixoloji sağalma üçün effektiv və güclü bir elmi alətdir. Kitabda bu qədim mənəvi təcrübənin müasir psixoloji müalicə metodlarına, məsələn, Koqnitiv Davranış Terapiyasına – necə inteqrasiya oluna biləcəyi göstərilir və depressiya, təşviş və digər emosional çətinliklərlə mübarizədə dualar, zikrlər və nəfəs hərəkətlərindən ibarət praktiki metodlar təqdim edilir.

Qeyd edək ki, N.İsgəndərovanın əsərləri beynəlxalq səviyyədə dərslik kimi tədris edilir. Onun müəllifi olduğu “İslam mənəvi qayğısı: Nəzəriyyə və praktikalar” (“Islamic Spiritual Care: Theory and Practices” (2019)) və “Müsəlman qadınlar, məişət zorakılığı və psixoterapiya” (“Muslim Women, Domestic Violence, and Psychotherapy”(2018)) kimi kitabları bu sahə üzrə mühüm resurslar hesab olunur.

Təqdimat mərasimi Toronto Universiteti, “Sayyida Khadija” Mərkəzi və Azərbaycan Qadınlarının Dəstək Mərkəzi tərəfindən təşkil olunan iftar süfrəsi ilə yekunlaşıb. Tədbir çərçivəsində tələbələrə 50-dən çox Ramazan hədiyyə paketi paylanılıb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar