Torontoda Azərbaycan dili sinifləri (Azerbaijani Classes in Toronto) 19-cu tədris ilinin astanasındadır. 19 ildir ki, Torontodakı Azərbaycan dili sinfinin müəllimləri balacalarımıza dilimizi, tariximizi, mədəniyyətimizi öyrədir.
Azerbaijani Classes in Torontonun yaradıcısı və müəllimi, yorulmadan, usanmadan, çətinliklərə sinə gələrək Azərbaycan siniflərini qoruyub saxlayan Yeganə Cəfərova bizimlə söhbətində bildirdi ki, Azərbaycan dili Toronto Şəhər Təhsil Şurası – Beynəlxalq Dillər Proqramının (Toronto District School Board İnternational Languages) tərkibində rəsmi tədris olunur. Proqram Kanada hökuməti tərəfindən maliyyələşdirilir.
Dil dərsləri hər şənbə günü səhər saat 9:00-dan 11:30-dək CH Best Charles H Best Junior Middle Schoolda (285 Wilmington Ave, North York) tədris olunur. Dil dərslərindən sonra isə saat 12:00-dan 16:00-dək Azərbaycan milli rəqsləri, musiqisi, bədii ədəbiyyat və digər əyləncəli proqramlar keçirilir. Azərbaycanın milli bayramlarını uşaqlar və valideynlər birgə qeyd edir, həmçinin proqrama qatılan uşaqlar müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan milli rəqsləri ilə çıxış edirlər. Y.Cəfərovanın sözlərinə görə, bütün yaş qrupları proqrama qatıla bilər: “Dil dərslərimizdən sonra, saat 12:00-da başlayan proqrama bütün yaş qruplarındakı uşaqlar qoşula bilər. Dil dərslərimizə isə JK-8-ci siniflərdə təhsil alan uşaqlar qeydiyyata alınır”.
Artıq online qeydiyyat başlayıb və sentyabrın 12-də qeydiyyatın son günüdür. Qeydiyyat üçün link:
https://ereg.tdsb.on.ca/Public/ILELogin.aspx
Sentyabrın 13-də saat 9:00-11:30 intervalında isə qeydiyyat məktəbdə davam edəcək.
Ünvan: 285 Wilmington Ave. North York, ON
Məktəb: CH Best
Aşağıdakı linkdən əlavə məlumat əldə edə bilərsiniz.
https://www.tdsb.on.ca/…/International…/ILE-AH-2025-2026
Əlavə sualı olanlar Azərbaycan sinfinin Facebook səhifəsinə yaza bilər. https://www.facebook.com/AzerbaijaniClassToronto

















