[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontodan 1.5 saatlıq məsafədə ailəvi əyləncə

kanadada eylence

Earl Haig Family Fun Park isti havalarda ailəvi dincəlmək üçün əyləncəli məkandır.

Parkda aşağıdakı əyləncələr mövcuddur:

  • Hovuz
  • Qumüstü voleybol meydançası
  • “Tənbəl” çay
  • Qum üzərində uşaq meydançası
  • Su oyun meydançası (splash pad)
  • Mini qolf

Ziyarətçilərə öz yeməklərini və alkoqolsuz içkilərini gətirməyə və parkda piknik etməyə icazə verilir. Kiçik propan qazlı manqallar da parka gətirilə bilər, amma kömürlə işləyən manqallara icazə verilmir.

Özüylə yemək gətirməyənlər isə parkdakı “Qəlyanaltı Köşkü”ndən isti yeməklərdən ala bilərlər. Burada hot-doq, hamburger, nachos və pendir, popcorn, müxtəlif spirtsiz içkilər, cips, şokolad batonları və müxtəlif növ dondurmalar satılır.

Hansı saatlarda açıqdır?

Bazar ertəsi – Cümə axşamı: 11:00 – 20:00

Cümə və şənbə: 11:00 – 20:30

Bazar günü: 11:00 – 18:00

Giriş qiymətləri

Su məkanlarından gün boyu istifadə (Daily Splash Rates) üçün bilet aldıqda gün ərzində hovuzdan, “tənbəl” çaydan, su oyun meydançasından, uşaq meydançasından, qumüstü volleybol meydançasından istifadə edə bilirsiniz. Qiymətlər yaş qruplarına görə fərqlidir:

2 yaş və daha kiçik uşaqlar: 3$

3-14 yaş: 8.42$

15 yaş üstü: 11.86$

55 yaş üstü: 9.87$

Su məkanlarından istifadə ilə yanaşı, mini qolfdan da istifadə etmək istəyənlər üçün qiymətlər:

14 yaşın altında olanlar: 10.71$

15 yaş üstü: 14.25$

55 yaş üstü: 12.37$

Nələri icarəyə götürə bilərsiniz?

Dolab açarı, xilasedici jileti, üzmək üçün boru (tube), mini golf çubuğu, top, beysbol dəyənəyi və dəbilqə – hər biri üçün günlük icarə 5.60$-dır. Əlavə 10.00 dollar depozit tələb olunur. Əşyaları geri qaytaranda isə depozitinizi alırsınız.

Qiymətlər barədə bu linkdən ətraflı öyrənə bilərsiniz.

Ünvan

Park Torontodan təxminən 1.5 saatlıq məsafədə – 101 Market St S, Brantfordda yerləşir. Tez getsəniz, parkda piknik üçün gözəl yer tutmağa imkanınız olacaq. Özünüzlə stul, altınıza açmağa altlıq götürməyi unutmayın. Parkın kənarları ağaclıq olduğundan günəşdən qorunmaq üçün nəsə götürməyə ehtiyac yoxdur.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp