Torontoda (Scarborough) yerləşən Morningside Park sahəsinə görə şəhərin ən böyük bələdiyyə parkı hesab olunur. Geniş ərazisi və təbii gözəlliyi ilə seçilən bu park, ailələrin istirahəti və əyləncəsi üçün ideal məkandır.
Parkda istirahət edənlər üçün müxtəlif imkanlar yaradılıb:
- Uşaqlar üçün qum parkı və attraksionlar
- Yay mövsümündə sərinləmək üçün su parkı (Splash pad)
- Geniş meşəlik sahə və təmiz hava
- Parkın içindən axan çay mənzərəsi (çay dərin olmadığından uşaqlar çaya girib otnaya bilərlər)
- Sanitar qovşaq
- Kabab çəkmək və piknik üçün xüsusi yerlər
- Pulsuz parkinq
- Gəzinti üçün meşənin kənarı ilə çəkilmiş zolaq
Meşənin kənarı ilə gəzərkən bəzən maral və ya ceyranla qarşılaşmaq mümkündür.
İstirahət, ailəvi gəzinti və təbiət qoynunda xoş zaman keçirmək istəyən hər kəs üçün Morningside Park mükəmməl seçimdir.
Ünvan: 390 Morningside Ave, Scarborough, Ontario.





















