[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontonun mərkəzində Atatürkün uşaqlara ərmağan etdiyi Uşaqlar Günü keçirildi

Dünən Torontonun mərkəzində – Nathan Phillips Meydanında Kanada Türk Cəmiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Uşaqlar Günü Multikultural Rəqs və Art Festivalı keçirilib.

Hər il keçirilən ənənəvi festival Türkiyə Böyük Millət Məclisinin 105-ci ildönümü və Mustafa Kamal Atatürkün uşaqlara ərmağan etdiyi 23 Aprel Milli Suverenlik və Uşaqlar Gününə həsr olunur.

Festivala Yaponiya, Ukrayna, Makedoniya, Uyğur, Çin, Albaniya, Türkiyə, Koreya, Hindistan, Serbiya və digər icmaları təmsil edən Kanada məktəbliləri öz maraqlı rəqsləri ilə qatılıblar.

Festivalda Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş, Torontonun meri Olivia Çou və digər rəsmilər çıxış edilər.

Azərbaycanlı uşaqlar da festivalda rəqsləri ilə çıxış ediblər. Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili sinfinin şagirdləri və Kanadadakı Azərbaycan Evinin “Mənim Azərbaycanım” Məktəbi icmamızı təmsil ediblər.

Festivalda dünyanın müxtəlif ölkə və təşkilatlarını 60-dan çox mədəniyyət pavilyonu təmsil edib. Kanadadakı Azərbaycan icması, hər il olduğu kimi, bu il də Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili sinfinin hazırladığı Azərbaycan guşəsi ilə təmsil olunub.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp