Kanada Zəlzələ Mərkəzinin məlumatına görə, dünən saat 22:59-da Torontonun şimalında 3.7 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələ Ontarionun Orilliya şəhərindən təxminən 23 kilometr cənub-şərqdə və Torontodan 99 kilometr şimal-şərqdə baş verib və zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.
Kanada Zəlzələ Mərkəzi zərər barədə heç bir məlumatın olmadığını və zəlzələnin yüngül hiss edildiyini, buna görə də heç bir dağıntının gözlənilmədiyini bildirib.
Titrəyişlər Toronto da daxil olmaqla Cənubi Ontarionun müxtəlif bölgələrində hiss olunub.
Foto: Canva
















