ABŞ Prezidenti Donald Tramp ötən həftə Broun Universitetində iki nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra ABŞ-ın “Green card” lotoreya proqramını dayandırıb.
Cümə axşamı ölü tapılan 48 yaşlı şübhəli Portuqaliya vətəndaşı Klaudio Neves Valente 2017-ci ildə DV1 vizası (müxtəliflik vizası üzrə immiqrant proqramı) vasitəsilə ABŞ-a daxil olub və “Green card” alıb.
Amerikanın Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, Trampın göstərişi ilə viza proqramını dayandırıb ki, “bu fəlakətli proqram səbəbindən daha çox amerikalı zərər görməsin”.
Qeyd edək ki, K.N.Valente həmçinin Massaçusets Texnologiya İnstitutunun 47 yaşlı professoru Nuno F Gomes Loureironu bu həftənin bazar ertəsi Bruklindəki evində öldürməkdə şübhəli bilinirdi.
Foto: BBC
















