[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Trampın tariflərinə baxmayaraq, iyunda Kanadanın ABŞ-la ticarət dövriyyəsi artıb

Kanada Statistika Komitəsinin məlumatına görə, tariflərin artırılmasına baxmayaraq, Kanada ixracatçıları iyun ayında ABŞ-la daha çox ticarət aparıblar. Qurumun məlumatına görə, iyunda ABŞ-a ixrac 3.1 faiz artıb, lakin illik müqayisədə hələ də 12.5 faiz azdır.

ABŞ-dan idxal, ixrac qədər artmadığı üçün Kanadanın bu ölkə ilə ticarət profisiti iyun ayında 3.9 milyard dollara yüksəlib. Komitə bildirir ki, bəzi metalların ixracında azalma müşahidə olunub və bu, ayın əvvəlində ABŞ-ın qlobal polad və alüminium tariflərini 50 faizə çatdırması ilə üst-üstə düşür.

Ümumilikdə, Kanadanın dünya üzrə ticarət kəsiri iyunda 5.5 milyard dollardan 5.9 milyard dollara yüksəlib.

Foto: cfeb-fcei.ca

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp