Toronto Cüdo Mərkəzində keçirilən yarışda həmyerlimiz 10 yaşlı Xəqani Eylasbəyli birinci yerə çıxıb. Cüdo idman növü üzrə öz yaşıdları ilə yarışan Xəqani 4 etapı keçərək birinci yerə sahib olub və qızıl medal qazanıb. Artıq üçüncü dəfədir ki, həmyerlimiz yaşıdları ilə yarışda birinciliyi saxlayır.