[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Xaricdə yaşayan azərbaycanlılar üçün onlayn Ana dili layihəsinə qeydiyyat başlayıb

Artıq üçüncü ildir ki, Azərbaycan Gənc Müəllimlər Assossiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.

Layihənin əsas məqsədi tam ödənişsiz şəkildə vətəndən kənarda böyüyən azərbaycanlı uşaqlara ana dilimizi öyrətmək, eyni zamanda milli kimliyimiz, tariximiz və mədəniyyətimiz haqqında vacib biliklər qazandırmaqdır.

Məktəbdə dərslər həftədə 2–3 dəfə olmaqla onlayn keçiriləcək və proqram üç səviyyədə – başlanğıc, orta və yüksək – hazırlanıb. İştirakçılar yaş qruplarına uyğun olaraq (6–10 yaşlı kiçiklər, 11–13 yaşlı orta qrup, 14–18 yaşlı yuxarı qrup) dərslərə qoşulacaqlar.

Təcrübəli müəllimlərin tədris edəcəyi interaktiv onlayn dərslər 15 sentyabr 2025-ci ildən başlayacaq.

Qeydiyyat üçün link: https://lnkd.in/epbSNeiw

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp