[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Xəbərdarlıq: sabah Böyük Toronto Ərazisinə dondurucu yağış və qar yağacağı gözlənilir

Durham bölgəsi üçün isə qar fırtınası olacaq

Mülayim temperaturlu həftəsonundan sonra Böyük Toronto Ərazisinin (GTA) sakinlərinə sabah (çərşənbə günü) yeni qış havası dalğasının gələcəyi barədə xəbərdarlıq edilib.

Ətraf Mühit Departamenti GTA-nın böyük hissəsi üçün xüsusi hava bəyanatı, Durham bölgəsi üçün isə sarı səviyyəli qış fırtınası xəbərdarlığı yayımlayıb. Sabah səhərdən axşamadək qar və yağış gözlənilir. Sürüşkən səth yaratdığı üçün bu cür hal həm sürücülər, həm də piyadalar üçün təhlükəlidir.

Milli Meteorologiya Qurumu bildirir ki, Halton bölgəsindən Torontoya qədər bir neçə saat davam edən dondurucu yağış nəticəsində 5–10 millimetr buz qatının yaranması və təxminən 5 santimetr qarın yağması mümkündür.

Eyni zamanda, 400 nömrəli magistraldan şərqdə yerləşən ərazilərdə dondurucu yağış az və ya ümumiyyətlə olmaya bilər, lakin daha çox qar və ya buz dənəcikləri düşə bilər. Ətraf Mühit Departamentinin məlumatına görə, Durham bölgəsində 10-15 santimetr qar gözlənilir.

Milli Meteorologiya Qurumu bildirib ki, hadisə yaxınlaşdıqca əlavə xəbərdarlıqlar verilə bilər: “Sakinlərə yollar və səkilərdə ehtiyatlı olmaları və səfər üçün başqa vaxt ayırmaları tövsiyə olunur”.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp