Toronto şəhəri bu günkü fırtına nəticəsində qar təmizləmə işlərini davam etdirdiyi üçün yanvarın 26-da Toronto Şəhər Təhsil İdarəsi (TDSB) və Toronto Katolik Təhsil İdarəsinin tərkibində olan orta məktəblərdə dərs olmayacaq. TDSB-nin məlumatına görə, şagirdlərlə yanaşı, əksər işçilər də məktəbə getməyəcək.
TDSB məktəblərində yerləşən bütün uşaq bağçaları, eləcə də dərsdən əvvəl və sonra fəaliyyət göstərən proqramlar da bağlanacaq, həmin gün üçün verilmiş bütün icazələr ləğv ediləcək. Dərsdən sonra və axşam saatlarında keçirilən bütün Davamlı Təhsil (Continuing Education) kursları da təxirə salınır. Buraya Beynəlxalq Dillər (ibtidai səviyyə), Afrika İrsi, Learn4Life İcma Proqramları və böyüklər üçün ESL kursları daxildir.
TDSB bildirir ki, “bu cür qərarların Toronto üzrə minlərlə ailəyə ciddi təsir göstərə biləcəyini anlayırıq və belə qərarlar asanlıqla qəbul edilmir. Lakin davam edən qar yağışı və zəruri təmizləmə işləri fonunda ailələrimizin və əməkdaşlarımızın təhlükəsizliyini prioritet kimi nəzərə alaraq bu qərarın məqsədəuyğun olduğu qənaətinə gəldik”.
Foto: Anojan Sukumaran/CBC
















