[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yollardakı çuxurlarla bağlı 311 nömrəsinə zəng edə bilərsiniz

Toronto 6,2 milyon dollarlıq büdcə artımından sonra şəhər yollarındakı çuxurları təmir etmək üçün 29 briqada göndərib.

Mer Olivia Çou bildirib ki, şəhər 2026-cı il üçün yollardakı çuxurların təmiri büdcəsini 5,5 milyon dollardan 6,2 milyon dollara qaldırıb və bu gün Toronto üzrə 29 briqada işə cəlb olunub.

Şəhər briqadaları ötən il 250.000-dən çox çuxuru doldurub. O.Çou sakinləri ən çox zərər görmüş ərazilərin müəyyənləşdirilməsinə kömək etməyə çağırıb: “Zəhmət olmasa, yolda gördüyünüz çuxurları 311 nömrəsinə zəng edərək bildirin ki, ən pis vəziyyətdə olan yolları izləməyə və prioritetləşdirməyə davam edə bilək”.

Qeyd edək ki, 311 şəhər xidmətləri ilə bağlı müraciət və şikayətlər üçün nəzərdə tutulub.

Şəhər rəhbərliyinin məlumatına görə, briqadalar hava şəraiti imkan verdikcə ilboyu çuxurları təmir edirlər. Meriya çuxurları müraciətdən sonra dörd gün ərzində təmir etməyi hədəfləyir, lakin hava və yol şəraitindən asılı olaraq müddət dəyişə bilər.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp