[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda bələdiyyə sürət kameralarını qadağan edən qanun qəbul edildi

Ford hökuməti Ontarioda bələdiyyələrin sürət kameraları quraşdırmasını qadağan edən mübahisəli qanun layihəsini təsdiqləyib. “Bill 56 – Daha Rəqabətli İqtisadiyyat Qurmaq Aktı” adlı qanun layihəsi qanunvericilikdə sürətləndirilmiş şəkildə müzakirədən keçərək qəbul edilib.

20 oktyabrda təqdim olunan Bill 56 hökumət tərəfindən “bürokratik maneələri azaltmaq” məqsədi ilə irəli sürülmüşdü. Baş nazir Daq Ford bu kameraları “pul tələsi” adlandırıb, baxmayaraq ki, təhlükəsizliyin artırılmasına kömək etdiyini deyən qruplar şiddətlə bu qərara  qarşı çıxıblar.

Qanun layihəsi ictimai dinləmələr və müzakirələr məhdudlaşdırılmaqla sürətlə qəbul edilib.

Hökumət bildirib ki, onun diqqəti bundan sonra “alternativ nəqliyyat tədbirlərinə”, yəni sürət bumpaları, dairəvi hərəkət yolları, genişləndirilmiş nişanlar və maarifləndirmə kampaniyalarına yönələcək: “Sürət kameraları yalnız bir neçə dəfə cərimə alanları yavaşladır, amma ümumilikdə təhlükəsizliyi artırmır. Bizim həllimiz təhlükəsizliyi artırır”.

Qanun qəbul edilsə də, qanuna çevrilməsi üçün kralın razılığı (royal assent) tələb olunur. Hökumət bunun bazar ertəsi baş verəcəyini gözləyir.

Qeyd edək ki, 14 noyabra qədər verilmiş bütün cərimələr qüvvədə qalacaq.

Foto: John Blacker/The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp