[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda hündürmərtəbəli binadan yıxılaraq ölən uşağın ailəsi bina sahiblərindən 18 milyon dollar təzminat istəyir

Torontoda may ayında hündürmərtəbəli yaşayış binasından yıxılaraq həyatını itirən azyaşlı qızın ailəsi binanın sahiblərini və idarəçilərini milyonlarla dollar təzminat tələb edərək məhkəməyə verib. Ailə onların səhlənkarlığının uşağın ölümünə səbəb olduğunu iddia edir.

Avqust ayında Ontario Ali Ədliyyə Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində GH Capital Corporation, 373041 Ontario Limited və iki əmlak menecerinin səhlənkarlığının Deepali Kaşyap və Rakşit Çauhanın 50 Graydon Hall Drive ünvanında yaşayan qızlarının ölümünə səbəb olduğu iddia edilir.

İddia ərizəsində bildirilir ki, Kaşyap və Çauhanın iki yaşlı qızı mənzildə valideynləri ilə oynayır və gəzirdi. Daha sonra yataq otağında pəncərəyə “yüngülcə toxunub” və pəncərənin şüşəsi “qəfil” sınıb.

İddia ərizəsinə əsasən, uşaq pəncərədə yaranan boşluqdan aşağı düşərək həyatını itirib.

İddiada daha sonra qeyd olunur ki, Kaşyap və Çauhan qızlarından “yalnız qısa məsafədə” olublar, lakin uşaq yıxılmadan əvvəl ona çata bilməyiblər. Məhkəmə sənədinə görə, cütlük övladlarının ölümcül yıxılmasının şahidi olub və bunun nəticəsində “ciddi və daimi psixoloji xəsarətlər” alıblar.

Kaşyap, Çauhan və uşağın nənə-babaları iddiada iddiaçı tərəf kimi göstərilib. Onlar ümumilikdə 18 milyon dollar təzminat tələb edirlər.

Ailəni təmsil edən vəkillərdən biri Maykl Smitiuç bildirib ki, onların məqsədi ictimaiyyəti “yaşayış binalarında mövcud olan təhlükələrdən xəbərdar etməkdir”: “Heç bir məbləğ onların qızlarının itkisini heç vaxt kompensasiya edə bilməz. Onlar bunu bilirlər. Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, bina idarəçiliyi şüşənin təhlükəli olduğunu, onun nazik olduğunu bilirdi və şüşənin təhlükəsizliyini artırmaq üçün heç bir tədbir görmədi. Həmçinin bu binada yaşayan sakinlərə xəbərdarlıq etmədi.

Qeyd edək ki, bu iddiaların heç biri hələ məhkəmədə sübuta yetirilməyib.

İddia ərizəsində bina menecmentinin “binada təhlükəli və standartlara uyğun olmayan şüşə pəncərələrin quraşdırılmasına səbəb olduğu və ya buna icazə verdiyi”, həmçinin həmin pəncərələrə lazımi texniki xidmət göstərmədiyi iddia olunur.

Bundan əlavə, idarəçilərin bir sıra səhlənkarlıqlara yol verdiyi bildirilir. Bunlara təhlükəsizlik kilidlərinin quraşdırılmaması, eləcə də binadakı şüşə pəncərələrin lazımi qaydada təkmilləşdirilməməsi və ya dəyişdirilməməsi daxildir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar