Fransız dili bilikləri PR almaq şansınızı artıra bilər
Kanada 25 noyabr 2026-cı il tarixində keçirilən Express Entry (Exspres Giriş) seçim turunda fransız dili biliyi yüksək olan 6 000 namizədi daimi yaşayış (PR) üçün müraciət etməyə dəvət edib.
Bu seçim turunda tələb olunan minimum Express Entry üzrə reytinq sistemi (CRS) 401 olub. Bu, fevral ayından bəri fransızdilli namizədlər üçün keçirilən ən böyük seçim turudur və son 29 gün ərzində baş tutan ilk belə seçimdir.
Oktyabrın 27-də keçirilən əvvəlki seçim turunda 5 000 namizəd dəvət edilmiş, minimum keçid balı isə 407 olmuşdu. Beləliklə, yeni seçim turunda keçid balı 6 bal aşağı düşüb.
Bərabər bal toplayan namizədlər üçün seçim qaydası
Eyni bal toplayan namizədlər üçün tətbiq olunan qaydaya əsasən, CRS balı 401 olan və Express Entry profilini 12 sentyabr 2026-cı il tarixində saat 21:59:55-dən əvvəl təqdim etmiş namizədlər dəvət alıblar.
Eyni bala malik olsa da, profillərini göstərilən vaxtdan sonra sistemə daxil edən namizədlər dəvət ala bilməyiblər.
Fransız dili üzrə seçim turunda kimlər iştirak edə bilər?
Fransız dili üzrə seçim turları kateqoriya əsaslı seçim (Category-Based Selection) sisteminə daxildir.
Bu seçimdə iştirak etmək üçün namizəd aşağıdakı proqramlardan biri üzrə etibarlı Express Entry profilinə malik olmalıdır:
– Federal Skilled Worker Program (Federal ixtisaslı işçilər proqramı);
– Canadian Experience Class (Kanada təcrübəsi olan şəxslər proqramı);
– Federal Skilled Trades Program (Federal ixtisaslı peşə sahibləri proqramı).
Bundan əlavə, namizəd fransız dili üzrə dörd bacarığın – danışıq, dinləmə, oxu və yazının hər birindən minimum NCLC 7 səviyyəsini təsdiqləyən etibarlı dil imtahanı nəticələrini təqdim etməlidir.
Bu seçim turu yalnız fransız dili üzrə tələb olunan səviyyəyə cavab verən namizədləri əhatə etdiyindən, minimum keçid balı ümumi seçim turlarına və Canadian Experience Class seçimlərinə nisbətən xeyli aşağı olur.
Fransız dili biliyinin yüksək olması namizədə əlavə CRS balları da qazandırır. Bu əlavə ballar yalnız fransız dili üzrə seçim turlarında deyil, namizədin uyğun olduğu bütün Express Entry seçimlərində nəzərə alınır.
2026-cı ildə Express Entry üzrə indiyədək keçirilən seçimlər
Noyabrın 25-də keçirilən seçim turu ilə 2026-cı ildə Express Entry sistemi üzrə dəvət alan namizədlərin ümumi sayı 67 seçim turu üzrə 157 min 408 nəfərə çatıb.
2026-cı il noyabrın 22-nə olan məlumata görə, Express Entry hovuzunda ümumilikdə 238 min 692 namizəd olub.
Fransız dili bilikləri PR almaq şansınızı artıra bilər
Fransız dili üzrə NCLC 7 və ya daha yüksək səviyyəyə malik namizədlər ödənişsiz CRS bal kalkulyatorundan istifadə edərək öz ballarını hesablaya, 401 keçid balı ilə müqayisə edə və dəvət almaq şanslarını qiymətləndirə bilərlər.
Fransız və ingilis dili imtahanlarının nəticələri, təhsil səviyyəsi və Kanadada iş təcrübəsi kimi amillər namizədin CRS balına təsir göstərir.
Fransız dili biliyi Express Entry sistemində əlavə üstünlük qazandıran mühüm amillərdən biridir. Buna görə də fransız dilini bilən namizədlər üçün kateqoriya əsaslı seçim turları daimi yaşayış icazəsi almaq baxımından əlavə imkan yaradır.