Qərbi Afrikaya göndərilməsi planlaşdırılan 4,5 milyon dollarlıq 96 oğurlanmış avtomobil ələ keçirilib

Böyük Toronto Ərazisində (GTA) beynəlxalq xarakter daşıyan genişmiqyaslı avtomobil oğurluğu ilə bağlı istintaq çərçivəsində polis Qərbi Afrikaya göndərilməsi planlaşdırılan 96 oğurlanmış avtomobili ələ keçirib. Hadisə ilə əlaqədar 12 nəfərə qarşı ittiham irəli sürülüb.

“Project Cadetta” adlandırılan istintaq 2026-cı ilin mart ayında başlayıb. Həmin vaxt polis Brampton şəhərində Cadetta Road üzərində yerləşən və oğurlanmış avtomobillərin saxlanılması, yük maşınlarına və konteynerlərə yüklənməsi, eləcə də xaricə göndərilməsi ilə əlaqəli olduğu ehtimal edilən bir anbar müəyyən edib.

Detektiv-serjant İan Harloff bazar ertəsi keçirilən mətbuat konfransında bildirib ki, əvvəlcə yalnız bir obyektlə bağlı araşdırma aparılırdı: “Lakin müşahidələr, məhkəmə icazələri və digər istintaq tədbirləri nəticəsində müstəntiqlər Peel Regionu və bütün GTA ərazisində fəaliyyət göstərən daha böyük cinayət şəbəkəsini üzə çıxardı”.

Kanada Sərhəd Xidmətləri Agentliyi (CBSA) ilə əməkdaşlıq çərçivəsində müstəntiqlər oğurlanmış avtomobillərin yük konteynerlərində gizlədildiyini və Kanada limanları vasitəsilə Qərbi Afrikaya göndərilməsinin planlaşdırıldığını müəyyən ediblər.

Peel Regional Polisinin rəis müavini Nik Milinoviç jurnalistlərə bildirib ki, ölkə üzrə ixrac məqsədilə Montreal limanında aşkar edilən oğurlanmış avtomobillərin təxminən 75 faizi Ontario əyalətindən gəlir.

N.Milinovichin sözlərinə görə, polis xarici bazarlara göndərilməsi nəzərdə tutulan, ümumi dəyəri təxminən 4,5 milyon dollar olan 96 avtomobili ələ keçirib.

Oğurlanmış avtomobillər arasında lüks SUV-lərdən tutmuş pikap yük maşınlarına qədər müxtəlif nəqliyyat vasitələri olub.

Cinayət şəbəkəsinin əsas şübhəliləri

Polis GTA ərazisində fəaliyyət göstərən şəbəkənin arxasında duran və avtomobillərin oğurlanmasını, daşınmasını və xaricə göndərilməsini təşkil etməkdə şübhəli bilinən beş əsas şəxsi müəyyən edib:

– Odeveyl Abraham, 57 yaş, Toronto;

– Tosin Oyebade, 45 yaş, Toronto;

– Oluyemi Sodade, 51 yaş, Toronto;

– Oluvaseyi Bameke, 39 yaş, Toronto;

– Stənli Udeh, 46 yaş, Brampton.

Polisin məlumatına görə, digər təqsirləndirilən şəxslərin bu əməliyyata dəstək verdiyi ehtimal olunur. Onların adları:

– Gbolahan Babatunde, 29 yaş, Vaughan;

– Oluşola Oke, 42 yaş, Toronto;

– Karamvir Sinx, 26 yaş, Brampton;

– Darril Davanc, 25 yaş, Saint-Jerome, Kvebek;

– Henrik Gancz, 57 yaş, daimi yaşayış ünvanı yoxdur;

– Kennez Okafor, 58 yaş, daimi yaşayış ünvanı yoxdur;

– Jaspreet Sinx, 25 yaş, daimi yaşayış ünvanı yoxdur.

Deportasiya qərraı verilə bilər

“Project Cadetta” əməliyyatı ilə əlaqədar ittiham irəli sürülən 12 şübhəliyə ümumilikdə 231 ittiham irəli sürülüb.

Şübhəlilərdən doqquzuna qarşı ittiham irəli sürüldükdən sonra onlar məhkəmə tarixi təyin edilməklə sərbəst buraxılıblar. Üç nəfər isə girovla bağlı məhkəmə dinləməsinə qədər saxlanılıb və daha sonra azadlığa buraxılıb.

Polis bildirib ki, saxlanılan şəxslərdən bəzilərinin işi Kanada Sərhəd Xidmətləri Agentliyinə (CBSA) göndərilə bilər. Bu şəxslər barəsində immiqrasiya qanunvericiliyi çərçivəsində tədbirlər görülə və nəticədə onların Kanadadan deportasiya edilməsi mümkün ola bilər.

Bundan başqa, iki şübhəli hələ də axtarışdadır:

– Steven Giamfi, 32 yaş, daimi yaşayış ünvanı yoxdur;

– Hamilton şəhərindən olan 16 yaşlı yeniyetmə.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar