[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda bir otaqlı mənzildə kirayə qalanlar saatına 44 dollardan işləməlidir

torontoda Kiraye

Bu, yeni 17.60 $-lıq minimum əməkhaqqı səviyyəsindən 2,5 dəfə çoxdur.

Əgər Torontoda kirayəçi aylıq maaşının təxminən üçdə birini bir otaqlı mənzilə xərcləmək istəyirsə, onun saatda 44 dollar qazanması lazımdır.

Bu barədə daşınmaz əmlak saytı “Zoocasa” hazırladığı yeni hesabatına əsasən məlumat verib. Şirkət bir neçə əyalətin yaşayış xərclərinin artımına uyğun olaraq minimum əməkhaqqını qaldırmasından sonra rəqəmləri təhlil edib.

Qeyd edək ki, oktyabrın 1-dən Ontario əyalətində minimum əməkhaqqı saatda 17.60 dollara qaldırılıb ki, bu da əvvəlki göstəricidən 0.40 dollar çoxdur.

“Zoocasa”nın yeni hesabatına görə, Torontoda yaşamaq istəyənlər bir otaqlı mənzil kirayə götürmək üçün saatına 44,3 dollar, ilinə isə vergidən sonra 86,000 dollar qazanmalıdır.

Bu rəqəm, Ontario əyalətindəki yeni 17.60 dollarlıq minimum əməkhaqqı səviyyəsindən demək olar ki, üç dəfə çoxdur.

Araşdırma Ontario üzrə 51 şəhəri əhatə edib və oxşar əlçatmazlıq fərqlərinin bütün əyalət boyu müşahidə olunduğunu göstərib. Mississauga, Brampton və Sudbury kimi şəhərlərdə belə kirayəçilərin saatına 39 dollardan çox qazanması tələb olunur. Bu isə mənzil xərclərinin əməkhaqqı artımını xeyli üstələdiyini bir daha göstərir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp