Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının (Azerbaijani Cultural Association of Regina) çap etdirdiyi “Azerbaijani Fairy Tales” (“Azərbaycan nağılları”) kitabını Amazondan bu linkə daxil olaraq sifariş edə bilərsiniz.
Həm Kanadadakı balaca həmyerlilərimiz, həm də kanadalı uşaqlar üçün nəzərdə tutulan kitabda “Cırtdan”, “Cik-cik xanım”, “Günəşin nağılı”, “Hiyləgər keçi”, “Göyərçin və qarışqa” kimi 8 Azərbaycan nağılı yer alıb.
“Azerbaijani Fairy Tales” Recaynadakı dövlət kitabxanalarına da verilib.
Qeyd edək ki, nağılları Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının İdarə Heyətinin üzvü Rəna Fərəcova ingiliscəyə çevirib, redaktəni isə həmyerlimiz Rüstəm Sərdarlı edib. İllustrasiyaları Azərbaycandan Dina Rüstəmova hazırlayıb. Kitab barədə resenziyanı Recayna Dövlət Kitabxanasının Kolleksiyalar üzrə direktoru Geoffrey Allen yazıb.
Kitabın elektron versiyasını ödəniş etmədən Amazonda bu linkə daxil olaraq oxuya bilərsiniz.
















