Ontario hökuməti federal hökuməti isanlara özünümüdafiə məqsədilə bibər qazı (pepper spray) daşımağa və istifadə etməyə qanuni icazə verməyə çağırır.
Ontarionun Baş prokuroru Daq Dauni Ədliyyə naziri Sin Freyzerə ünvanladığı məktubda bildirib ki, bibər qazının özünümüdafiə üçün leqallaşdırılması həssas və qanuna tabe vətəndaşlara özlərini müdafiə üçün praktik vasitə ola bilər.
Hazırda Kanadanın cinayət məcəlləsinə görə, bibər qazının insanlara qarşı istifadə edilməsi qadağan olunmuş silah sayılır.
Qadağan olunmuş silah “gözyaşardıcı qaz, Mace və ya digər qazların, yaxud hər hansı maye, sprey, toz və ya başqa maddənin püskürdülməsi ilə insanı yaralamaq, hərəkətsizləşdirmək və ya təsirsiz hala salmaq üçün nəzərdə tutulmuş hər hansı vasitə” kimi müəyyən edilir.
2021-ci ildə Alberta hökuməti də oxşar müraciət etmiş, lakin federal hökumət bunu rədd etmişdi. Rəsmi məktubda bildirilmişdi ki, “qadağan olunmuş bütün silahlar müəyyən səbəblərə görə qadağan edilib”.
Foto: Canvas
















