[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

19 sənədsiz miqrant Kvebekdə sərhədi keçərkən saxlanılıb

Kvebekin Montereci bölgəsində, Havelok yaxınlığında Haitidən olan 19 nəfər sənədsiz miqrant ötən cümə axşamı gecə saatlarında saxlanılıb.

Kanada Kral Atlı Polisi (RCMP) bildirib ki, yaşı 1-dən 60-a qədər olan bu qrupun üzvləri ABŞ-dan Kanadaya qanunsuz şəkildə keçməyə cəhd edərkən yaxalanıblar.

Sərhədin pozulması barədə RCMP-yə ABŞ Sərhəd Patrulu (USBP) tərəfindən məlumat verilib. RCMP-nin açıqlamasına görə, ilk olaraq meşəlik ərazidə gizlənən 15 nəfər tapılıb.

Polis əlavə edib ki, qalan şəxslərin tapılması üçün axtarışlar sərt soyuq hava şəraitində saat 18:00-dan 22:30-a qədər davam edib.

Yaxalanan 8 nəfər xəstəxanaya aparılıb, onlardan 6 nəfəri donvurma səbəbilə müalicə alıb. İki azyaşlı uşaq da ehtiyat məqsədilə xəstəxanaya aparılıb.

Saxlanılan şəxslər Kanadada sığınacaq (azadlıq) üçün müraciət ediblər.

RCMP vurğulayıb ki, “Sərhədi xüsusilə də qış aylarında qanunsuz keçməyə cəhd etmək həm miqrantlar, həm də polis əməkdaşları üçün son dərəcə təhlükəlidir. Qanunsuz keçən şəxslər çox vaxt hava şəraitinə uyğun olmayan geyimdə olurlar. Bəzi ərazilərdə relyef də çox çətindir”.

Bundan əlavə, RCMP bildirib ki, Gömrük Aktının 117-ci maddəsi əsasında bir nəfər saxlanılıb. Polis onun bu miqrantlardan bir neçəsini avtomobillə götürmək üçün əraziyə gəldiyini ehtimal edib. Avtomobil müsadirə olunub, araşdırma isə davam edir.

Foto: Nyu-York Times

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp