[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Yaxın aylarda toyuq ətinin qiyməti 20–25 faiz artacaq”  

Silvən Şarbua: “Hökumət bazara daha çox məhsul buraxmaq üçün icazə verməlidir”

Kanadada toyuq ətinin qiyməti önümüzdəki bir neçə ay ərzində 20–25 faiz bahalaşa bilər. Qiymət artımına əsas səbəblər kimi yem və istehsal xərclərinin yüksəlməsi, məhdud quşçuluq təchizatı və qış mövsümü yaxınlaşdıqca istehlakçıların tələbatının yüksəlməsi göstərilir. Sənaye ekspertləri bildirirlər ki, kanadalılar yaxın aylarda ərzaq mağazalarında və restoranlarda toyuq ətinin bahalaşmasını açıq şəkildə hiss edəcəklər.

Bundan başqa, mal ətinin qiyməti yüksək olduğundan istehlakçılar artıq sbətlərinə daha çox toyuq əti qoymağa başlayıb. Alıcılar toyuq ətinə yönəldikcə isə təchizat problemi yaranır.

Dalhousie Universitetinin Aqro-Ərzaq Laboratoriyasının rəhbəri Silvən Şarlbua CTV News-a açıqlamasında deyir ki, bir çox istehlakçılar müxtəlif protein mənbələri axtarır, amma Kanadada toyuq təchizatı çox azdır: “Buna görə də əsasən ABŞ və Çilidən çoxlu miqdarda toyuq idxal etməyə başlamışıq, amma əsas hissəsi ABŞ-dan gəlir. Bu idxal da tələbi tam qarşılamır. Təchizatın idarə olunması qaydalarına görə, idxal rüsumları yüksəkdir və hökumət bazara daha çox məhsul buraxmaq üçün icazə verməlidir. Lakin daxili bazarı qorumaq üçün aparılan lobbiçilik səbəbindən bir çox siyasətçilər addım atmaq istəmirlər”.

Onun sözlərinə görə, topdansatış qiymətləri artıq ötən illə müqayisədə iki dəfə artıb və qarşıdakı aylarda daha böyük artım gözlənilir: “Biz toyuq ətinin qiymətinin təxminən 20–25 faiz yüksələcəyini proqnozlaşdırırıq”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar