Ontario hökuməti kolleclərdə OSAP proqramından sistemli şəkildə sui-istifadə hallarının aşkar edilməsindən sonra bu müəssisələrdə təhsil alan tələbələr üçün maliyyələşməni müvəqqəti dayandırıb. Hazırda bütün sistemi əhatə edən audit aparılır.
Bəzi özəl kolleclər tələbələrin maddi dəstəkdən məhrum olması səbəbindən fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkir, hətta bağlanma təhlükəsi ilə üzləşirlər.
Ontario baş naziri Daq Ford bildirib ki, auditorlar yoxlamalara daha az riskli hesab edilən təhsil müəssisələrindən başlayacaqlar. Lakin OSAP maliyyələşməsinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.
OSAP fasiləsi kimlərə şamil olunur?
🔹 2025–2026 və 2026–2027-ci tədris illəri üçün özəl kolleclərə təqdim edilən yeni OSAP müraciətlərinə;
🔹 2025–2026-cı tədris ili üzrə müraciəti təsdiqlənmiş, lakin maliyyə vəsaitini hələ almamış tələbələrə.
Artıq OSAP-a müraciət etmisinizsə, nə baş verəcək?
2025–2026-cı tədris ili üçün təsdiqlənmiş müraciətiniz olsa belə, hələ ödənilməmiş maliyyə vəsaitləri növbəti bildirişədək dayandırılıb. Bu müraciətlər əlavə yoxlamaya da cəlb oluna bilər.
Özəl kollecdə oxumağı planlaşdırırsınızsa:
Fasilə qüvvədə olduğu müddətdə 2025–2026 və 2026–2027-ci tədris illəri üçün yeni OSAP müraciəti təqdim etmək mümkün deyil.
Hazırda tələbələrin əlavə tədbir görməsinə ehtiyac yoxdur. Hökumət yeni məlumatları açıqladıqca rəsmi səhifə yenilənəcək.
Ətraflı məlumat: https://www.ontario.ca/page/osap-pause-private-postsecondary-institutions
Foto: Canva