“Həftəsonları ABŞ-dan Kanadaya gətirilmiş 3-4 qanunsuz silahın müsadirə edilməsi adi hala çevrilib”
Kanada Statistika Komitəsinin yeni məlumatlarına görə, ölkə üzrə Cinayət Ağırlığı İndeksi (Crime Severity Index) azalıb və ciddi cinayətlərin sayının azalması ümumi göstəricinin aşağı düşməsinə səbəb olub. Bununla belə, Toronto yaxınlığındakı Pil (Peel) bölgəsində atışmaların sayı kəskin artıb.
2026-cı ilin ilk altı ayında Mississauga və Brampton şəhərlərində odlu silahdan istifadə edilən 103 atışma hadisəsi qeydə alınıb. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu rəqəm 58 idi.
Peel Regional Polis İdarəsinin rəis müavini Nik Milinoviç bildirib ki, bu artımın əsas səbəbləri hədə-qorxu yolu ilə pul tələb etmə, mütəşəkkil cinayətkarlıq və beynəlxalq narkotik ticarəti ilə bağlıdır. Onun sözlərinə görə, qanunsuz silahların küçələrdən yığılması ilə məşğul olan xüsusi polis qrupu fəaliyyət göstərir və həftəsonları ABŞ-dan Kanadaya gətirilmiş 3-4 qanunsuz silahın müsadirə edilməsi adi hala çevrilib.
Foto: Mississauga.com/Riziero Vertolli