Azərbaycan əsilli xoreoqraf Saşar Zərif beynəlxalq rəqs jurnalının seçdiyi 14 sənətçi arasındadır

Berlində nəşr olunan nüfuzlu beynəlxalq rəqs jurnalı Kanadada yaşayan Azərbaycan əsilli xoreoqraf və rəqqas Saşar Zərifi 2026-cı il üzrə xüsusi illik buraxılışında rəqs sənətinin inkişafına istiqamət verən 14 sənətçidən biri kimi təqdim edib.

“Wegweisend” (“yol göstərən”) adlı xüsusi buraxılışda rəqs sənətində yeni yollar açan, fərqli yanaşmaları ilə yeni istiqamətlər formalaşdıran sənətçilərə yer verilib. Saşar Zərifin də bu siyahıya daxil edilməsi onun müasir rəqs sənətinə verdiyi töhfələrin beynəlxalq səviyyədə qiymətləndirilməsi kimi dəyərləndirilir.

Saşar Zərif Azərbaycan əsilli, Kanadada fəaliyyət göstərən dünyaşöhrətli xoreoqraf, rəqqas, tədqiqatçı və pedaqoqdur. O, öz yaradıcılığında sufi fəlsəfəsini, şamanizmin köklərini və Azərbaycanın klassik muğam sənətini müasir rəqs xoreoqrafiyası ilə birləşdirən özünəməxsus bir üslub yaradıb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar