Kanadanın açıq havada ən böyük işıq festivalı: Niaqara Şəlaləsində həftəsonu və Yeni il gecəsi əyləncəsi

Kanadanın açıq havada ən böyük işıq festivalı bu il 44-cü dəfə möhtəşəm proqramla geri qayıdır. Festival hər yaşdan olan insanlar üçün çoxsaylı pulsuz əyləncə və tədbirlər təklif edir. Niaqara Şəlaləsinin yaxınlığındakı Queen Viktoria Parkda 8 kilometrlik ərazini əhatə edən milyonlarla müxtəıif formada parıldayan işıq foto çəkdirmək istəyənlər üçün əla fürsətdir.

Atəşfəşanlıq cədvəli

14 noyabr – 12 dekabr: Hər cümə və şənbə günü saat 20:00-da.

18 dekabr – 2 yanvar: Hər axşam saat 20:00-da.

8 və 9 yanvar: Son atəşfəşanlıq nümayişləri.

Həftəsonu əyləncələri

Qış İşıqları Festivalına səfərinizdən maksimum zövq almaq üçün Queen Viktoria Park Festival Mərkəzini ziyarət edin!

Burada canlı musiqi və bütün ailə üzvləri üçün nəzərdə tutulmuş əyləncəli proqramlar, Şaxta baba və Misty Kids maskotları ilə görüşlər, eləcə də festival boyunca hər cümə və şənbə axşamı bayram ab-havası yaradan küçə performansları təqdim olunacaq.

Yeni il gecəsi konserti Niaqara Falls şəhərinə qayıdır

Festival mövsümü çərçivəsində dekabrın 31-də Niaqara Şəlaləsinin kənarında ənənəvi açıq hava Yeni il konserti keçiriləcək. 2019-cu ildən bəri ilk dəfədir ki, bu möhtəşəm bayram tədbiri geri qayıdır.

Pulsuz konsertin əsas ulduzu kantri musiqisinin məşhur ifaçısı Riley Green olacaq. Onunla yanaşı, kanadalı sənətçilər The Reklaws, Tenille Townes və Sacha da səhnəyə çıxacaqlar.

Kanada Kantri Musiqisi Assosiasiyasının Niaqara Parks və Niagara Falls şəhər administrasiyası ilə əməkdaşlığı çərçivəsində təşkil olunan tədbir zamanı Yeni il gecəsi saat 22:30-da Crave və CP24 telekanallarında 90 dəqiqəlik canlı yayım təqdim ediləcək.

Gecəyarısı isə Niagara Şəlaləsi üzərində xüsusi 9 dəqiqəlik möhtəşəm atəşfəşanlıq nümayişi ilə 2027-ci il qarşılanacaq.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar