[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Bu il Kanadada avtomobil oğurluğunun sayı azalıb – STATİSTİKA

Bunun üçün hökumət 200 milyon dollardan çox maliyyə dəstəyi ayırıb

2025-ci ilin ilk yarısında Kanadada avtomobil oğurluqları ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz azalıb. Kanadanın əmlak və qəza sığortası sənayesi adından cinayətkarlığa qarşı mübarizə aparan Equite Assosiasiyasının hesabatında deyilir ki, bu, ölkə üzrə müşahidə olunan müsbət addımdır.

Ən böyük azalmalar Ontario əyalətində 25.9 faiz və Kvebekdə 22 faiz qeydə alınıb. Bu əyalətlər 2021–2023-cü illər arasında avtomobil oğurluğu üzrə ən yüksək göstəricilərə sahib olub. Equite həmin dövrdə Kanadanın “milli avtomobil oğurluğu böhranı” ilə üzləşdiyini bildirmişdi.

Ən çox oğurlanan avtomobillər

Avtomobil oğurluqlarındakı azalma müsbət hal olsa da, Equite Assosiasiyasının istintaq xidmətləri üzrə vitse-prezidenti Bryan Gast deyib ki, avtomobil sahibləri hələ də ayıq olmalı, hökumətlə müxtəlif səviyyələrində əməkdaşlığı davam etdirməlidirlər.

Hesabat həmçinin göstərir ki, 2025-ci ilin ilk yarısında oğurlanmış avtomobillərin geri qaytarılması 56 faiz təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb.

B.Gast deyir ki, Kanadada avtomobil oğurluqları COVID-19 pandemiyası dövründə kəskin surətdə artmağa başlayıb. O zaman avtomobil təchizat zəncirində yaranan problemlər mütəşəkkil cinayətkar dəstələr üçün pul qazanmaq imkanı yaratmışdı.

Onun sözlərinə görə, oğurlanan avtomobillərin əksəriyyəti şəxsi minik maşınlarıdır – pikaplar, sedanlar və SUV-lar.

Oğurluqların azalması və geri qaytarılan avtomobillərin sayının artmasını isə B.Gast hökumətin müxtəlif səviyyələrində və digər əyalətlərdəki agentliklərlə əməkdaşlığı ilə  əlaqələndirir.

Statistika

2021-ci ildə Kanada üzrə 20,313 avtomobil oğurluğu qeydə alınıb. Bu göstərici 2022-ci ildə kəskin artaraq 30,390-a çatıb ki, son beş ilin ən yüksək göstəricisidir.

2023-cü ildə oğurluq hadisələrinin sayı 24,338-ə düşsə də, 2024-cü ildə yenidən artaraq 28,549 hadisə qeydə alınıb. Lakin bu ilin ilk yarısında 23,094 avtomobil oğurlanıb.

“30 illik polis fəaliyyətimdə belə bir əməkdaşlıq görməmişəm”

Hesabatda qeyd edilir ki, oğurluq sayının azalması üçün federal hökumət 200 milyon dollardan çox maliyyə dəstəyi ayırıb. B.Gast deyir ki, 30 illik polis fəaliyyətimdə belə bir əməkdaşlıq görməyib: “Bu çox genişmiqyaslı bir işdir. Çoxsaylı polis xidmətləri birlikdə çalışır və artıq nəticə göz önündədir”.

O həmçinin vurğulayıb ki, Kanadada avtomobil oğurluğu ilə əlaqəli beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə gücləndirilib.

B.Gastın sözlərinə görə, Kanadada oğurlanan hər hansı avtomobilin məlumatı Kanada Polis Məlumat Mərkəzinə göndərilir və oradan da Interpol ilə paylaşılır: “O vaxtlar beynəlxalq aləmə çıxanda avtomobillər “radardan yayınırdı”, amma indi oğurlandığı dərhal görünür. Bu da cinayətkarların təchizat və tələb zəncirinə təsir edir”.

 Sükan və pedal kilidi, izləmə cihazı…

B.Gast əlavə edir ki, sürücülər avtomobillərini yenidən proqramlaşdırma hücumlarından qorumaq üçün sükan kilidi, pedal kilidi, izləmə cihazı və ya əlavə immobilayzer quraşdıra bilərlər: “Bunların hamısını etmək lazım deyil. Avtomobilinizi qala halına gətirməyə ehtiyac yoxdur. Amma bir neçə qat müdafiə tədbiri tətbiq etsəniz, oğrunun avtomobili oğurlaması üçün lazım olan vaxtı artırmış olarsınız”.

Toronto Polis Xidmətindən Stephanie Sayer bildirib ki, bu ilin indiyədək olan dövründə avtomobil oğurluqlarında ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz azalma müşahidə olunub. York Regional Polisinin yaydığı xəbərə görə, ötən ilin eyni döğvrü ilə müqayisədə bu il avtomobil oğurluğu 37 faiz azalıb.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar