[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Britaniya Kolumbiyası təmizlik və təhlükəsizlik işçiləri üçün yeni daimi yaşayış proqramı elan edib

kanadaya immiqrasiya

Britaniya Kolumbiyası hökuməti əyalətin kənd və ya uzaq bölgələrində yerləşən səhiyyə qurumlarında çalışan təmizlik və təhlükəsizlik işçiləri üçün nəzərdə tutulmuş yeni təşəbbüsün bütün uyğunluq tələblərini açıqlayıb.

Əyalət bu proqramı “müvəqqəti axın” adlandırır.

Qeydiyyat 15 iyun 2026-cı ildə başlayacaq və 31 avqust 2026-cı ildə başa çatacaq. Daha ətraflı məlumat üçün 10 iyun tarixində onlayn seminar keçiriləcək.

Britaniya Kolumbiyası daha əvvəl bildirmişdi ki, bu proqram vasitəsilə əyalət səhiyyə qurumlarında çalışan 250-yə qədər işçinin daimi yaşayış statusuna keçidini dəstəkləməyi və onları namizəd göstərməyi planlaşdırır.

Proqram üzrə yer sayı məhdud olduğundan (maksimum 250 nəfər), namizədlərə lazımi sənədləri əvvəlcədən hazırlamaq tövsiyə olunur.

Kimlər müraciət edə bilər?

Aşağıdakı peşələrdən birində çalışan və Britaniya Kolumbiyasının səhiyyə qurumlarından birində tam ştatlı, daimi işi olanlar müraciət edə bilərlər:

  • Təmizlik işçiləri, baxıcılar və ağır təmizlik işçiləri (NOC 65312)
  • Yüngül təmizlik işçiləri (NOC 65310)
  • Təhlükəsizlik əməkdaşları və əlaqəli peşələr (NOC 64410)

Hansı səhiyyə qurumlarında işləyənlər uyğundur?

Namizədlər aşağıdakı qurumlardan birində işləməlidirlər:

  • Əyalət Səhiyyə Xidmətləri İdarəsində (Provincial Health Services Authority)
  • İndigeniusların Səhiyyə İdarəsində (First Nations Health Authority)
  • Fraser Health
  • Interior Health
  • Ada Səhiyyə İdarəsində (Island Health)
  • Çimal Səhiyyə İdarəsində (Northern Health)
  • Vankuver Sahil Səhiyyə İdarəsi (Vancouver Coastal Health)
  • Providens Səhiyyə İdarəsi (Providence Health Care – əsasən xəstəxanalar və ixtisaslaşmış tibbi xidmətlər göstərən səhiyyə təşkilatı)

Hər səhiyyə qurumu hansı namizədləri dəstəkləyəcəyinə özü qərar verəcək.

Vacib məqam odur ki, səhiyyə qurumları müraciətinizi dəstəkləməyə məcbur deyillər.

İş təklifi ilə bağlı tələblər

Namizəd:

✅ Rəsmi blank üzərində imzalanmış iş təklifi məktubu almalıdır.

✅ Həmin səhiyyə qurumunda kənd və ya uzaq bölgədə işləməlidir.

✅ Qeydiyyat zamanı da, müraciət zamanı da etibarlı iş təklifinə malik olmalıdır.

✅ Müraciət prosesi boyunca tam ştat işləməyə davam etməlidir.

✅ Eyni işəgötürənlə uyğun peşədə qeydiyyatdan əvvəl ən azı 9 ay fasiləsiz tam ştat işləməlidir.

Əlavə uyğunluq şərtləri

Namizədlər aşağıdakı tələblərə də cavab verməlidirlər:

Təhsil: Minimum orta məktəb təhsili olmalıdır. Diplom, sertifikat və ya transkriptin ingilis dilində surəti təqdim edilməlidir.

Gəlir:  Qeydiyyatdan və müraciətdən əvvəlki 9 ay ərzində minimum gəlir tələblərinə cavab verməlidirlər.

Gəlir hesablanarkən nəzərə alınır:

  • Səhiyyə qurumundan əldə edilən illik əməkhaqqı
  • Əgər varsa, həyat yoldaşının və ya birlikdə yaşadığı tərəfdaşın Britaniya Kolumbiyasında qazandığı əməkhaqqı

Digər şərtlər

Namizədlər həmçinin aşağıdakılara cavab verməlidirlər:

  • Britaniya Kolumbiyasında yaşamaq niyyəti
  • Dil bilikləri
  • İş təcrübəsi
  • BCPNP Bacarıqlar İmmiqrasiya proqramının ümumi tələbləri

Kimlər müraciət edə bilməyəcək?

Aşağıdakı bölgələrdə işləyən şəxslər proqrama uyğun sayılmayacaq:

  • Mərkəzi Okanagan Regional Ərazisi
  • Metro Vankuver Regional Ərazisi
  • Paytaxt Regional Ərazisi

İstisnalar

Bu adalarda işləyənlər müraciət edə bilərlər:

  • Galiano Island
  • Mayne Island
  • Pender Island
  • Salt Spring Island
  • Saturna Island

Hansı iş təcrübəsi hesablanmayacaq?

Aşağıdakılar 9 aylıq iş təcrübəsinə daxil edilməyəcək:

❌ Təhsil proqramının bir hissəsi olan işlər (co-op və s.)

❌ Tələbə vizası ilə işlənilən dövr

❌ İki həftədən artıq davam edən məzuniyyətlər:

  • İllik məzuniyyət
  • Analıq və valideyn məzuniyyəti
  • Tibbi məzuniyyət

Qeyd edək ki, bu fasilələr sənədləşdirilərsə qəbul edilə bilər, lakin namizəd yenə də ümumilikdə 9 aylıq iş təcrübəsini toplamalıdır.

Podratçı şirkətlərin işçiləri müraciət edə bilməyəcək

Əgər siz səhiyyə qurumuna xidmət göstərən podratçı şirkətdə işləyirsinizsə, bu proqramdan yararlana bilməyəcəksiniz.

Yalnız səhiyyə qurumunun birbaşa işçiləri müraciət edə bilərlər.

Britaniya Kolumbiyasının əsas məqsədi nədir?

Britaniya Kolumbiyası hökuməti 23 aprel 2026-cı ildə açıqlamışdı ki, əyalət namizəd proqramını yenidən formalaşdırır və diqqəti əmək bazarında ən çox ehtiyac olan sahələrə yönəldir.

Bu strategiya üç əsas istiqaməti əhatə edir:

🔹 Qayğı – səhiyyə və sosial xidmətlərin gücləndirilməsi

🔹 Quruculuq – infrastruktur və iri layihələrin dəstəklənməsi

🔹 İnnovasiya – uzunmüddətli iqtisadi inkişafın təşviqi

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar