[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Həyətindəki ağac evini dağıtsa da, onu kəsmək üçün şəhər meriyasından 7 aydır cavab gözləyir

Ottavanın Kopelənd Park məhəlləsində yaşayan Nikol Robert deyir ki, həyətindəki şəhər meriyasına məxsus ağacın kökləri evinə təxminən 150 min dollarlıq ziyan vurub.

Onun sözlərinə görə, ötən yay qapılar bağlanmamağa və pəncərələr açılmamağa başlayıb. Mühəndislərin araşdırması nəticəsində məlum olub ki, ağacın kökləri torpaqdakı nəmi çəkərək evin ön hissəsinin çökməsinə səbəb olub.

Nəticədə evin bünövrəsində və kərpic divarlarında böyük çatlar əmələ gəlib. N.Robert bildirir ki, ağac həyətində olsa da, şəhərin mülkiyyətindədir və onu özbaşına kəsdirə bilmir.

O, 2025-ci ilin dekabrında Ottava şəhərinə müraciət edib, lakin 7 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də yekun qərar verilməyib.

Şəhər administrasiyası bildirib ki, əgər ağacın evə vurulan zərərə əhəmiyyətli təsiri olduğu müəyyən edilərsə, əvvəlcə digər həll yolları nəzərdən keçiriləcək, ağacın kəsilməsi isə son variant olacaq.

Ev sahibi deyir ki, sığorta şirkəti ağac köklərinin vurduğu ziyanı qarşılamır. Əgər ev yaşamaq üçün yararsız vəziyyətə düşərsə, o, həm ipoteka ödəməli, həm də özü və oğlu üçün başqa yaşayış yeri tapmalı olacaq.

N.Robert artıq şəhərin qaydalarının dəyişdirilməsi üçün petisiya başladıb və qərarın qış gəlməzdən əvvəl verilməsini istəyir.

Photo: JEAN LEVAC /POSTMEDIA

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar