İqtisadçılar Mərkəzi Bankın gələn həftə faiz dərəcəsini artıracağını gözləyir

Bir çox iqtisadçı Kanada Mərkəzi Bankının gələn həftə əsas faiz dərəcəsini artıracağını gözləyir. Bu, Mərkəzi Bankın üç ildən artıq müddətdə ilk faiz artımı ola bilər. Qərar əsasən Bankın gələcək inflyasiya ilə bağlı nə dərəcədə narahat olacağından asılıdır.

Kanada Mərkəzi Bankı təxminən bir ildir ki, əsas faiz dərəcəsini dəyişməz saxlayır.

Ötən ay ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve) üç ildən sonra ilk dəfə əsas faiz dərəcəsini artırıb. Bu qərar ABŞ-da avqust ayında inflyasiyanın 3,4 faizi keçməsindən sonra verilib.

İqtisadçılar düşünürlər ki, inflyasiyanın azaldılması, əməkhaqqı və maaşların artırılması ilə yanaşı, kanadalılar üçün yaşayış xərclərinin yüngülləşdirilməsi baxımından əsas faiz dərəcəsinin artımı vacibdir. Lakin inflyasiyanı cilovlamaq üçün faizlərin artırılması insanların borc götürərkən daha çox pul ödəməsinə səbəb ola bilər.

İnflyasiyanı azaltmaq məqsədilə əsas faiz dərəcəsinin artırılması dəyişkən faizli ipoteka kreditləri, avtomobil kreditləri, təhsil kreditləri və biznes borcları olan şəxslərin və şirkətlərin xərclərini artıra bilər.

“Scotiabank”ın Kapital Bazarları İqtisadiyyatı üzrə vitse-prezidenti və rəhbəri Derek Holt bazar ertəsi açıqlamasında bildirib ki, mövcud tendensiyalar Kanada Mərkəzi Bankının gələn həftə sərt pul siyasətinə keçməsini zəruri edir. Onun proqnozuna görə, faiz dərəcəsi 0,25 faiz artırılacaq.

Mərkəzi Bank inflyasiyanın 1–3 faiz aralığında olmasını, əsas hədəfin isə 2 faiz təşkil etməsini istəyir. Bankın əsas faiz dərəcəsi 2025-ci ilin oktyabrından bəri 2,25 faiz səviyyəsindədir.

Məzrkəzi Bankın rəhbəri Tiff Maklem şənbə günü Banqkokda Beynəlxalq Valyuta Fondunun toplantıları çərçivəsində jurnalistlərə açıqlama verib. O bildirib ki, inflyasiya ilə bağlı yeni proqnoz iyul ayında verilən əvvəlki proqnozdan xeyli yüksək ola bilər. Həmin proqnoza əsasən, inflyasiyanın ilin ikinci yarısında təxminən 2,5 faizə enəcəyi gözlənilirdi.

Yüksək neft qiymətləri hansı rol oynayır?

Sentyabr ayında istehlak qiymətləri inflyasiyası 3,1 faiz olub. Buna əsasən, benzin qiymətlərinin artması səbəb göstərilib. İstehlak qiymətləri indeksi ardıcıl üç aydır ki, 3 faiz və ya daha yüksək səviyyədədir.

İran müharibəsi fonunda benzinin bahalaşması əsasən enerji qiymətləri ilə məhdudlaşıb. Bu da qiymət artımının ümumi tendensiyasını, yəni baza inflyasiyasını qiymətləndirməyi çətinləşdirir. Baza inflyasiyası son aylarda təxminən 2 faiz ətrafında qalıb.

Lakin uzun müddət davam edən neft və qaz qiymətlərinin artması ərzaq da daxil olmaqla, demək olar ki, bütün digər məhsulların bahalaşmasına səbəb ola bilər.

Tiff Maklem bir neçə dəfə bildirib ki, neft və qaz qiymətlərinin artması inflyasiya üçün risk yaradır. Bununla belə, bu bahalaşmanın digər istehlak məhsullarının qiymətlərinə geniş şəkildə təsir etdiyinə dair hələlik çox az sübut var. Buna görə də son inflyasiya göstəricilərinə ehtiyatla yanaşılır.

T.Maklem xəbərdarlıq edib ki, neft və qaz qiymətləri nə qədər uzun müddət yüksək qalsa, inflyasiyanın davamlı xarakter alması və faizlərin artırılmasına ehtiyac yaranması ehtimalı bir o qədər yüksələcək.

O, avqust ayında bildirib: “Enerji qiymətləri artarsa və xüsusilə uzun müddət yüksək səviyyədə qalarsa, inflyasiyanı yenidən 2 faizə endirmək üçün əsas faiz dərəcəsini artırmaq zərurəti yarana bilər”.

Həftəsonu Banqkokda çıxış edən Maklem bildirib ki, Mərkəzi Bankın qarşısında duran əsas sual inflyasiyanın öz-özünə hədəf səviyyəsinə qayıdıb-qayıtmayacağı, yoxsa bunun üçün faiz dərəcələrinin artırılmasının lazım olub-olmayacağıdır.

Bu açıqlamalar bəzi iqtisadçıların Kanada üzrə faiz proqnozlarını dəyişməsinə səbəb olub. Onlar inflyasiyanın daha da yüksəlməsinin qarşısını almaq üçün Mərkəzi Bankın gələn həftə faizləri artıracağını gözləyirlər.

“Desjardins”in baş iqtisadçısının müavini Rendall Bartlett bildirib ki, məhz bu açıqlamalar onun Kanada Bankının oktyabr ayında faizləri artıracağı qənaətinə gəlməsinə səbəb olub. Onun sözlərinə görə, Mərkəzi Bank hələ əhəmiyyətli dərəcədə müşahidə edilməyən baza inflyasiyasının artmasının qarşısını əvvəlcədən almağa çalışır.

İqtisadçılar Mərkəi Bankın gələn həftə faiz dərəcəsini 0,25 faiz artıracağını gözləyir. Hətta gələn ilin yanvar ayında daha 0,25 faiz artım olacağı proqnozlaşdırılır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar